Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: "Salyanda 14 yaşlı uşağın nikaha sövq edilməsi ilə bağlı məsələ nəzarətə götürülüb"
DİN: "Salyanda 14 yaşlı uşağın nikaha sövq edilməsi ilə bağlı məsələ nəzarətə götürülüb"

Daxili İşlər Nazirliyi (DİN) Salyanda azyaşlının nikaha sövq edilməsi ilə bağlı məsələni nəzarətə götürüb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, hazırda Salyan Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb

Qurum rəsmisi qeyd edib ki, valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Salyanın Şorsulu kəndində 14 yaşında yeniyetmə erkən nikaha sövq olunub. İyul ayında uşağın nişan mərasimi keçirilib. O da bildirilib ki, 8-ci sinifdə təhsil almalı olan uşağın valideynləri məktəb rəhbərliyi ilə onun dərsə getməməsi məsələsini həll ediblər.

Azyaşlının toyunun yanvar ayında, uşağın 15 yaşı olduqdan sonra keçirilməsi nəzərdə tutulur.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »