Rusiya prezidenti Vladimir Putin ordunun tezliklə "S-500" raket sisteminin ilk istehsal nümunəsini alacağını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, "RİA Novosti"nin verdiyi məlumata görə, o, bunu Müdafiə Nazirliyi və müdafiə sənayesi nümayəndələrinin rəhbərliyi ilə görüşdə deyib.
"Yaxın illərdə qoşunlara əlavə olaraq 200-dən çox təyyarə və 26 "S-350" və "S-400" zenit-raket kompleksləri, həmçinin ən yeni "S-500" raket kompleksinin ilk istehsal modeli veriləcək", - deyə Putin bildirib.
Məlum olub ki, Rusiya Müdafiə Nazirliyi "S-500 Prometey" və "Pantsir-SM" zenit-raket komplekslərini vahid dövrədə birləşdirəcək.
"S-500" raket sistemləri ilk növbədə Moskva üzərində hava məkanını qoruyan hava hücumundan müdafiə bölmələrinə veriləcək.
Bizimyol.info