Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Bayden "F-16"ların alınmasında Türkiyəyə kömək edəcək
Ərdoğan: Bayden "F-16"ların alınmasında Türkiyəyə kömək edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Amerika lideri Co Bayden ABŞ Konqresinin üzvlərini Ankaraya yeni "F-16" təyyarələri almaqla bağlı razılaşmanı təsdiq etməyə kömək edəcəyinə söz verib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Romadan "G20"nin sammitindən qayıtdıqdan sonra bildirib.

"Bayden dedi ki, çox yaxın gələcəkdə nəticə olmaya bilər, qərar iki instansiyadan - Nümayəndələr Palatası və Senatdan keçməlidir. Əslində, "qüvvələr nisbəti 50-50-dir" dedi, ancaq onları razılaşmanı təsdiqləməyə inandırmaq üçün əlindən gələni edəcəyini söylədi".

O, öz növbəsində hazırda Konqresdə üstünlüyün Baydenin tərəfində olduğunu söyləyib:

"Ümid edirəm ki, tezliklə müdafiə nazirlərimiz təmasları davam etdirəcək. Gündəlikdə iki mühüm məsələ var: yeni təyyarələrin alınması və əlimizdə olan "F-16"ların modernləşdirilməsi", - deyə Ərdoğan bildirib.

O, həmçinin xatırladıb ki, "F-16"ların alınması məsələsi Türkiyənin "F-35" layihəsinə 1,4 milyard dollar ödəməsi səbəbindən yaranıb. Lakin Konqres Türkiyəni bu proqramdan çıxraraq  təyyarələrin satılması ilə bağlı qərarı ləğv edilib.

"Biz Baydenlə NATO-da tərəfdaşlıq və strateji müttəfiqlik kontekstində addımlarımızı müzakirə etdik. Və ilk növbədə "F-35"i müzakirə etdik. Mən şəxsən onun bu məsələdə mənfi münasibətini görmədim. Əksinə, biz danışıqları və münasibətlərimizi yoluna qoymağa çox yaxın olduğumuzu düşünürəm. Ümid edirik ki, hər iki ölkənin müdafiə və xarici işlər nazirliklərinin rəhbərləri bu çətin məsələsini həll edə biləcəklər”, - deyə Ərdoğan bildirib.

Bizimyol.info

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
Son xəbərlər
Bütün xəbərlər »