Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanla Makronun söhbəti nələrdən xəbər verir...
Ərdoğanla Makronun söhbəti nələrdən xəbər verir...

Romada keçirilən G20 Liderlər Zirvə toplantısında Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və Fransa prezidenti Emmanuel Makronla arasındakı söhbət dünya gündəminə çevrilib.

Bizimyol.info xəbər verir ki, bu görüntüləri Türkiyədə Davranış elmləri üzrə mütəxəssis Aşkım Kapışmak təhlil edib. O, Ərdoğanla Makronun ailə fotosundan əvvəl söhbəti zamanı çəkilmiş kadrı təhlil edən zaman bildirib ki, söhbət zamanı Makronun Nigeriyalı iqtisadçı Ngozi Okonjo-İwealanın əlindən möhkəm tutması özü də bir məna kəsb edir.

“Makronun bu hərəkəti o demək idi ki, o, Afrikanı Türkiyəyə buraxmaq istəmir. Söhbət zamanı digər əlini isə ürəyinin üstünə qoydu. Bu əl jesti prezident Ərdoğanın tez-tez işlətdiyi bədən dili jestidir. Makron da eyni şeyi etməklə uyğunlaşmağa çalışıb.

Prezident Ərdoğanın hərəkətlərinə nəzər salsaq görərik ki, bir əli havada, sanki "xeyirdirmi?" deyir. Digər əlini isə arxasında tutub. Bu o deməkdir ki, gizlətdiyi hissləri var. Zamanla bəzi hərəkətlər, qərarlar və reaksiyalar verəcəyinə işarədir”,- deyə o, prezidentlərin görüntülərini şərh edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »