Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz mobil telefon keçirmək istəyən saxlanıldı - Foto
Qanunsuz mobil telefon keçirmək istəyən saxlanıldı - Foto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "qırmız kanal"a yönləndirilib. Vətəndaşa məxsus çantalara rentgen qurğusu vasitəsilə baxış zamanı monitorda mobil telefonlara məxsus təsvirlərin əks olunduğu müəyyənləşdirilib.

Çantasında 47 ədəd mobil telefon keçirmək istədi

Çantalara baxış zamanı qutusuz və aksessuarsız vəziyyətdə 3 ədəd "Samsung S21", 21 ədəd "İphone 12 Pro", 3 ədəd "İphone 12 Pro Max", 3 ədəd "İphone 13", 17 ədəd "İphone 13 Pro" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Son xəbərlər
Bütün xəbərlər »