Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlıların getməyə dəyməyən, amma vizasız gedə biləcəyi ölkələr
Azərbaycanlıların getməyə dəyməyən, amma vizasız gedə biləcəyi ölkələr

Azərbaycan vətəndaşları üçün Avropa İttifaqının üzv ölkələrinə viza almaq heç də asan deyil. Şengen zonasına giriş icazəsi əldə etmək çox müşkül məsələdir. Xeyli sənəd toplamalısan, Avropa ölkəsi səfirliyinin əməkdaşlarını inandırmalısan ki, niyyətin yalnız gəzməkdir, mütləq geri qayıdacaqsan. İnandıra bilmədinsə, xərclədiyin 200-300 manatı, bəzən daha böyük məbləği itirəcəksən. Elə ABŞ, Yaponiya kimi ölkələrə viza almaq da bu qədər çətin başa gəlir. ABŞ səfirliyi, adətən, ayrıca söhbət aparmağa üstünlük verir. Bir sözlə, viza alana qədər boğaza yığılırsan.

Bizimyol.info xəbər verir ki, azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr də var. Amma siyahıya göz gəzdirəndə anlayırsan ki, həmin ölkələrin əksərinə getməyə dəyməz.

Ümumilikdə 66 ölkədən söhbət gedir. Əksər hallarda azərbaycanlılar ya vizadan azad edilib, ya da bu məsələ aeroportda həll olunur. Elektron viza, qeydiyyat variantları da var.

İndi gələk hansı ölkələrə azərbaycanlıların problemsiz buraxılmasına. Ritorik olsa da, bu sualı vermək lazımdır. Azərbaycanlılar Nikaraquaya niyə getsin? Dünyanın bütün ölkələrini gəzməyi qarşısına məqsəd qoymayanlardan başqa, əksəriyyət səyahət üçün Nikaraquanı seçməzdi. Turistlər üçün cəlbedici ölkə də deyil. Olsun Cibuti, Mozambik, Uqanda. Bu ölkələrə də getmək üçün böyük pullar xərcləməyə dəyməz. Somalinin adını görmək istər-istəməz çöhrədə təbəssüm yaradır. Azərbaycan vətəndaşlarına dünyanın ən təhlükəli ölkələrindən birinə getmək heç məsləhət deyil.

Ümumiyyətlə, siyahıdakı adlara nəzər salanda bir həqiqəti anlayırsan. Azərbaycanlıları vizasız qəbul edən və ya bizim ölkə vətəndaşlarına rahat şərait yaradan dövlətlərin nəzərəçarpan hissəsinin əhalisi yoxsul yaşayır. Yəni siyasət belədir ki, heç olmasa, Azərbaycandan turist gəlsin, ölkəyə pul gətirsin. Buna görə də siyahıda Afrikanın 17 ölkəsi yer alıb: Kabo Verde, Kot-d’İvuar, Cibuti, Efiopiya, Qabon, Qvineya-Bisau, Lesoto, Mavritaniya, Mavriki, Mozambik, Namibiya, Seyşel adaları, Ruanda, Somali, Komor adaları, Toqo, Uqanda.

Azərbaycan vətəndaşlarını bir də uzaq ölkələr qəbul etməyə hazırdır. Amma təyyarə biletlərinin qiymətlərinə diqqət yetirəndə başa düşürsən ki, həmin dövlətlərə buradan barmaqla sayılacaq qədər səyahətsevər gedə bilər. Yarım illik məvacibi bilet almağa çatmayan azərbaycanlı Baham adalarına, Barbadosa, Kambocaya, Haitiyə, Kolumbiyaya, Kubaya, Yamaykaya, Maldiv adalarına, Mikroneziyaya, Nikaraquaya, Palauya, Tuvaluya, Samoaya, Vanuatuya, Sent Vinsent və Qrenadinə necə getsin?

Biz hələ xeyli adı yazmadıq. Azərbaycan vətəndaşları vizasız, ağır şərtlər olmadan çox az ölkəyə səyahət edə bilər. Yəni Azərbaycan pasportu dünyanın ən zəiflərindən biridir. Bu həqiqəti xoşumuz gəlməsə də, qəbul etməliyik.

Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »