Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Burcanadze Qərbi Gürcüstan müxalifətini dəstəkləməyə çağırır
Burcanadze Qərbi Gürcüstan müxalifətini dəstəkləməyə çağırır

Gürcüstan parlamentinin keçmiş spikeri və müxalifətdə olan “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze ölkənin qərb tərəfdaşlarını seçkilərin saxtalaşdırıldığını iddia edən müxalifəti dəstəkləməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, ötən şənbə Gürcüstanda seçkilərin ikinci turu keçirilib. Vətəndaşlar 20 iri şəhər və bələdiyyənin merlərini seçiblər. Bundan əlavə, 24 seçki dairəsi üzrə yerli məclislərin 42 majoritar deputatı - sakrebulo seçilib.

"Mən avropalı dostlarımıza müraciət etmək istəyirəm. Burada səfirliklər var, hamı hər şeyi izləyir. Onlara müraciət edib demək istəyirəm: dostlar, indi sizin köməyinizə ehtiyacımız var. Biz inqilabı qətiyyən istəmirik, amma əgər inqilab varsa, hökuməti dəyişsək və hakimiyyətə gəlsək, o zaman bizimlə danışacaqlar. Qərb dövlətlərində artıq Talibanla dnışıqlar aparmaq barədə fikirlər səsləndirirlər, çünki hakimiyyətə gəlib. Bizim indi çox vacib köməyə ehtiyacımız var”, - deyə Burcanadze bildirib.

Siyasətçi Qərb tərəfdaşlarının ikili standartlarına da işarə edib:

"Qərbli həmkarlarıma hörmətlə yanaşıram, amma bağışlayın, deyəsən, ikili standart əldə edilir? Belarusda seçkilər saxtalaşdırılıb, Gürcüstanda yox? Daha nə baş verməli idiki seçki saxtakarlığını görəsiniz? Bu seçki deyil, hər şeyi öz adları ilə çağırmaq lazımdır", - deyə keçmiş spiker qeyd edib.

Vahid Milli Hərəkatın başçılıq etdiyi müxalifət qrupu seçkilərin saxtalaşdırıldığını iddia edərək, seçkilərin nəticələrini tanımaqdan imtina edib. Müxalifət liderləri seçkilərin nəticələrinə ləğv edilmiş bülletenlərin sayının təsir etdiyini və seçkilərin zorakılıq, rüşvət və təhdidlər fonunda keçirildiyini dediklərini bildiriblər.

Gürcüstan MSK-sı 196 seçki məntəqəsində səsvermənin nəticələrini yenidən saymaq niyyətindədir.

Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər