Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İş elanları ilə sizi necə aldada bilərlər...
İş elanları ilə sizi necə aldada bilərlər...

"Bir neçə ay öncə işə düzəlmək üçün iş elanları saytlarında yer almış elanlara baxırdım. Daşıma şirkətlərindən birində "qeydiyyatçı" vəzifəsinə işçi tələb olunurdu. İş iki növbəli idi və 650 manat əmək haqqı vəd edilirdi. Şirkətin qeyd olunan nömrəsini götürdüm və məndən CV göndərməyim istənildi. Bir neçə saat sonra özünü "Emil" deyə təqdim edən şəxs mənə whatsapp üzərinən zəng edərək: işə uyğun olduğumu bildirdi. Və sonra qeyd etdi ki, işə qəbul üçün sabah səhər saatlarında məni qeyd olunan ünvanda gözləyirlər. Amma bundan öncə mən şirkətin hesabına müqavilə, sağlamlıq arayışı və s. üçün 47 manat vəsait ödəməliyəm. Mən bu vəsaiti "gəldiyim zaman ödəyərəm" dediyim halda şirkətin mütəxəssisi bunun mümkün olmadığını bildirdi. Təbii ki, mən bunun dələduzluq olduğunu düşündüm və pul göndərmədim" .

Bu barədə Bizimyol.info saytına Bakı sakini İlahə Hüseynova danışıb. O, qeyd edib ki, ümumiyyətlə internet üzərində olan əksər iş elanları dələduzlar tərəfindən təklif edilir. Yəni, real elanlarla qarşılaşmaq çətin məsələdir. Real elanlar, brend şirkətlər tərəfindən təqdim edilir.

Elşad Hacıyev Elşad Hacıyev

Xatırladaq ki, bir neçə gün öncə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də bu məsələ ilə bağlı xəbərdarlıq etmiş, iş elanlarında tələb olunan vəsaitlərin ödənilməməsini tövsiyə etmişdi. "Sosial şəbəkə seqmentlərindən, elan saytlarından kibercinayətkarlıqlarla bağlı vətəndaşları diqqətli olmağa çağırır, bir sıra qaydalara riayət edilməsi tövsiyə olunur. İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin",- deyə E.Hacıyev bildirib.

Digər tərəfdən isə, real olaraq "işədüzəltmə" adı altında fəaliyyət göstərən şirkətlər vətəndaşları aldadır. İşə düzəltmə şirkətlərinə müarciət edən şəxslərdən müqavilə üçün kiçik də olsa vəsaitlər tələb edilir. Vətəndaş işə düzəldiyi zaman isə aldığı məvacibin 40 faizini şirkətə ödəməli olur.

İşədüəzltmə şirkətlərində birində menecer olan Rüfət Abbasov qeyd edir ki, bütün proseslər vətəndaşların razılığı əsasında həyata keçirilir: "Biz şəhərdə obyektləri gəzib real iş yerlərini öz bazamıza əlavə edirik. Sonradan bu iş yerləri məkan qeyd edilmədən internet üzərində yayımlanır. İşə ehtiyacı olan vətəndaş ofisimizə müraciət etdiyi zaman onunla müqavilə imzalanır. Müqavilə, hüquqi xarakter daşıyır və orada müddəalar yer alır. Bundan sonra vətəndaşa işlər təklif edilir, vətəndaş əməkdaşımızla həmin iş yerinə yönləndirilir. Biz vətəndaşdan işə düzəltmə xidməti üçün vəsait-haqq alırıq. Yəni, onları aldatmır və ya cibinə girmirik. Vətəndaş işə düzəlməmişdən öncə haqq ödəcəyini bilir. Yəni, qəbul etməsə, işi qəbul etməyib gedə də bilər. Çox zaman vətəndaşlar ilkin mərhələdə bu şərtlə razılaşsa da, xidmət haqqının ödənilməsi zamanı müəyyən anlaşılmazlıqlar yaranır. Qısacası, vətəndaş xidmət haqqını ödəməkdən boyun qaçırır. Sonradan isə işədüzəltmə şirkətlərinin düzgün fəaliyyət göstərmədiyi ilə bağlı məlumatlar yayılır. Biz vətəndaşın razılığı olmadan ona heç nə imzalatmırıq".

Kimdir günahkar?

Mütxəssislərin fikrincə, bu prosedur zamanı vətəndaş diqqətli olmalı, müqavilələri gözüyumulu imzalamamalı və diqqətlə oxumalıdır. Müqavilələr hüquqi xarakter daşıyırsa, vətəndaş onu imzaladığı halda göstərilən məsuliyyəti boynuna götürmüş olur. Ancaq qeyd edək ki, sosial şəbəkələr üzərindən təqdim edilən təkliflərin 90 faizi həqiqəti əks etdirmir, insanları aldatmağı hədəfləyir. Vətəndaşlar edilən zənglər zamanı telefon nömrələri başqa şəxslərina adına sənədləşdirilmiş də ola bilər. Bu səbəbdən də hər bir işə ehtiyacı olan vətəndaş iş təklif edən şirkət, işədüzəltmə agentliyi haqqında araşdırma aparmalı və bundan sonra müraciət etməlidir.

Nə qədər acınacaqlı olsa da, onu da qeyd edək ki, vətəndaşlardan tələb edilən vəsait az olduöu üçün çox zaman tələb edən şəxs hüquqi məsuliyyətə də cəlb edilmir. Odur ki, diqqətli olun, "iş sahibi olacağam" deyə düşündüyünüz halda əlinizdə olan vəsaiti də itirə bilərsiniz.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »