Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada pensiyalar azalır
Rusiyada pensiyalar azalır

Rusiyada ümumi sosial vəziyyət uzun müddətdir sabitliyi itirib. Qiymətlər əhalinin gəlirlərinə nisbətən daha çox artır. Yanvardan pensiyalar da azalmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Statistika Komitəsi yalnız ilin ilk ayında 0.4 faiz artım olduğunu açıqlayıb. Sonra bütün aylarda azalma qeydə alınıb. Bu müddət ərzində pensiyalar 0.6 faiz azalıb. Keçən ilin uyğun dövrü ilə müqayisədə rəqəm 1.8-ə çatır.

Rusiya hökuməti vəziyyətin pisləşməsiylə bağlı deyilənləri qəbul etmir. Kreml sentyabrda pensiyaçılara verilən birdəfəlik yardımı (10 min rubl – təxminən 140 dollar) nəzərə almağı məsləhət görür. Amma inflyasiyanı xatırlayanda rəsmi Moskvaya haqq qazandırmaq olmur.

Rusiya Maliyyə Nazirliyi illik inflyasiyanın 7.4-7.9 faiz civarında olacağını proqnozlaşdırır. Ekspert Kirill Tremasov vəziyyətin daha pis olduğunu düşünür. Onun fikrincə, noyabrın sonuna qədər inflyasiya 8 faizi keçəcək. Pensiyaçıları irəlidə daha böyük çətinliklər gözləyir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »