Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Müdafiə Nazirliyindən "F-35" açıqlaması: Proqrama qayıtmalıdırlar
Türkiyə Müdafiə Nazirliyindən "F-35" açıqlaması: Proqrama qayıtmalıdırlar

Türkiyə və ABŞ arasında "F-35" proqramına qayıtmaqla bağlı danışırlar aparılıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən bildirir ki, Milli Müdafiə Nazirliyinin mənbələri təyyarələrin çatdırılması və proqrama daxil edilməsi ilə bağlı müraciətin ABŞ səlahiyyətlilərinə çatdırıldığını bildirib. Bildirilir ki, Türkiyə və ABŞ müdafiə nazirliklərinin nümayəndə heyətləri bir neçə ay sonra Vaşinqtonda "F-35"lərlə bağlı ikinci görüş keçirməyi planlaşdırır.

Təhlükəsizlik mənbələrindən: “ABŞ heyəti ilə "F-35" ilə bağlı texniki danışıqlarda mövqeyimizi açıqladıq. İkinci görüş ABŞ-da baş tutacaq. Biz öz mövqeyimizi müəyyən etmişik. Fikrimiz var ki, birincisi, F-35 proqramına daxil edilək, ikincisi, ayrılan təyyarələr çatdırılsın, bunlar baş verməsə, ödədiyimiz pulu geri qaytaraq. Bu kontekstdə danışıqlar davam etdiriləcək”, - deyə bildirib.

Təhlükəsizlik mənbələri Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemi haqqında danışıb: "Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Türkiyə Silahlı Qüvvələri ehtiyac olduğu və lazım olan yerdə yerləşdirilir. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, xalqımızın, sərhədlərimizin təhlükəsizliyi üçün nə lazımdırsa, nə vaxt lazımdırsa, ediləcək. Terrorçular zaman-zaman bu bölgələrə hücum edərək, ölkə ərazisinə sızmağa cəhd edirlər. Hazırda buna qarşı hər cür tədbirlər görülür. Bu kontekstdə Tütk Silahli Qüvvətləri ehtiyac olduğu yerə qoşun yeridərək lazımi tədbirləri görür”.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »