Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüsumlar artırılır: Manat sağlamdırsa, qiymətlər niyə qalxır...
Rüsumlar artırılır: Manat sağlamdırsa, qiymətlər niyə qalxır...

Ölkə iqtisadiyyatının inkişafından dövlət və hökumət rəsmilərinin verdikləri açıqlamalarla gördüyümüz reallıq uyğun gəlmir.

Bizi akselerator, bazarın seqmentasiyası, deflyasiya, makro iqtisadi, mikro göstərici terminləri ilə, məşhur lətifədə deyildiyi kimi, ya bizə nəyi isə başa salmağa çalışırlar, ya da nəyisə, bu terminlərin arxasında bizdən gizlədirlər. Bazarlar isə deyilənlərin tam əks reallığını göstərir. Məsələn, marketkərdən aldığın ərzağın eynisini bir gün sonra eyni qiymətə ala bilməzsiniz, mümkün deyil. Çünki hər gün qiymətlər artan istiqamətdə yenilənir. Bu yaxınlarda Tarif Şurası, rəsmi olaraq elektrik enerjisinin və təbii qazın qazın qiymətləri də artırdı. Və deyildi ki, “bu, dövlətin inkişaf göstəricisinin reallıqla təzahürü” kimi dəyərləndirilməlidir.

Elman Rüstəmov Elman Rüstəmov

Bütün bunlarala yanaşı - bu günlərdə Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəov həyəcanlı açıqlama verdi ki, kim deyirsə ki manatın devalvasiyası gözlənilir, yalan deyir:

“Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var”.

Yəni, belə başa düşdüm ki, manat digər valyutaları “yerlərinə otuzdurur”.

  • Bəs elə olan halda bu qiymət artımları hansı səbəbdən reallaşır?
  • Manat sağlamdırsa, dəyəri niyə gündən-günə ölür?
  • Qiymətlər və rüsumlar niyə artırılır?..

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilib. Dəyişiklikdə demək olar ki, bütün - nikahdan maşın nömrəsinə, pasportdan ev tikmək icazəsinə qədər ağlınıza nə gəlirsə, hamısına olan dövlət rüsumunun artırılması nəzərdə tutulur.

Komitədən sevinc notları ilə bildiriblər ki, bu dəyişikliklər nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsait daxil olacaq. Əslində deputatlar birbaşa, “xalqın dərisini soyaraq 100 milyon manat əldə ediləcək” desəydilər daha səmimi olardı. Amma bizə bu “səmimiyyəti” də çox gördülər. Daha doğrusu yenə aldatma üsulunu keçərli saydılar.

Bazarın özünü tənzimləməsi, iqtisadiyyatın qızıl qaydasıdır. Amma baxır hansı halda...

Qiymətlərin enib-qalxması tələb və təkliflə bağlıdır. Bəs manatın məzənnəsinin sabit, iqtisadiyyatın yüksələn xəttlə inkişafından danışmaq nədir, onsuz da çətinliklə dolanan xalqa qarşı bu sosial-iqtisadi təzyiq nə üçündür?

Ötən illərdə bir dəfə redaksiyada Elman Rüstəmovun manatla bağlı nikbin fikirlərini dinlədiyimiz zaman xanım iş yoldaşımız, “bu kişi manatdan danışanda bilirəm ki, yenə balaşma olacaq” demişdi. Haqlıdır, yenə də elə oldu...

Qadir Həzi, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »