Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fərdi evlərdə yanğınlar daha çox elektrik qısaqapanmasından baş verir"
"Fərdi evlərdə yanğınlar daha çox elektrik qısaqapanmasından baş verir"

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda yanğın zamanı ev və həyətdə olan 3 avtomobil yanaraq sıradan çıxdı. Hadisə zamanı ev sahibinə külli miqdarda ziyan dəydi. Oktybarın 28-i isə Gəncədə bir ev yandı və hadisə zamanı ata və iki övladı yanaraq öldü. Göründüyü kimi, son zamanlar yanğın hadisələrinin sayı artıb və baş verən yanğınlar böyük zərər və həyatın itirilməsi ilə nəticələnir.

Yanğınların qarşısını almaq olarmı? Və yaxud baş verən yanğınların zərərlərini necə azaltmalı?

Elmar Nurəliyev Elmar Nurəliyev

Təhlükəszilik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, yanğınlardan 100 faiz sığortalanmaq mümkün deyil. Ancaq qabaqlayıcı tədbirlər görməklə, yanğın-təhlükəsizliyinə əməl etməklə, baş verəcək olan yanğınların qarşısını almaq və yaxud yanğın baş verdikdə belə daha minimal zərərlər qurtulmaq olar. Buna görə də yanğın təhükəsizlik qaydalarına əməl etmək mütləqdir.

"Yanğın Təhlükəsizliyi haqqında qanunda göstərilir ki, bütün idarə və müəssisələr, dövlət təşkilatları, özəl təşkilatlar yanğın təhlükəsziliyi haqqında qaydalara Fövqəladə Hallar Nazirliyini təhlükəsizliyə dair tövsiyyələrinə mütləq əməl etməlidir" - deyə ekspert bildirir.

Yanğınların müxtəlif baş vermə səbəbləri var. Yanğınlardan sığortalanmaq üçün yanar maddələrlə davranış qaydalarına və saxlanma şəraitinə əməl edilməlidir: "Məsələn, fərdi yaşayış evlərində yanğınlar daha çox elektrik qısaqapanması səbəbilə baş verir. Fərdi yaşayış evlərində elektriklə bağlı olan qaydalara ciddi riayət emək lazımdır. Elektrik xəttlərini yükləmək yol verilməzdir. Bəzən evlərdə eyni zamanda paltaryuyan maşın, kondinsioner, qızdırıcı sobalar və s. eyni zamanda istifadə edilir. Bu da elektrik xəttinin yüklənməsinə gətirib çıxarır. Elektrik xəttləri yükləndiyi zaman isə, təbii qızma yaranır, istilik ayrılır, bu qığılcıma səbəb olur. Və nəticədə yanğın qaçılmaz olur".

E.Nurəliyev həmçinin bildirib ki, evlər ilk dəfə təmir edilən zaman elektrik xəttlərinin keyfiyyətli olmasına diqqət yetirməlidir. Keyfiyyətli elektrik xəttlərindən istifadə edilməlidir. İkinci əl ev alanlar da bu məsələni diqqətdə saxlamalıdır. Elektrik xəttlərinin keyfiyyətli olmasına əmin olmaq lazımdır. Çünki baş verən yanğınların çoxu elektrik qısqapanmasından baş verən yanğınlardır. Bəzi evlərdə yanğınla bağlı təhlükəsizlik qaydalarına əməl edilmir. Qaz sobalarında nasazlıq yaranan zaman məsələnin diqqtə alınmaması, elektrik paylayıcılarının, elektrik və qaz sobalarının bir otaqdan digərinə keçirilməsi və s. proseslər zamanı diqqətsizlik yanğınla nəticələnir. Ehtiyyatsızlıq və məsuliyyətsiz yanaşma, yanğın hadisələrini qaçılmaz edir.

"Böyük idarə və təşkilatlar, müəssisələr, ticarət obyektləri yanğında təhlükəszilik tədbirlərinə kompleks şəkildə yanaşmalıdır. İctimai binaların, çox mənzilli yaşayış binalarının yanğın təhlükəsizliyinə qarşı təchizatı olmalı, binaların həyətində ehtiyyat su çənləri olmalı, iri qabaritli yanğınsöndürmə avtomobillərinin həyətlərə daxil olması və qeyd edilən su çənlərinə çatması üçün boş ərazilər olmalıdır. Yanğınsöndürmə avadanlıqları, hidrantlar, digər qurğular, nasosxana, yanğınsöndürmə balonları və siqnalizasiya işlək və saz vəziyyətdə olmalıdır" - deyə ekspert əlavə edib.

Ekspertin fikrincə, bunlar olduğu halda yanğın hadisəsi baş verdikdə daha az zərərlə qurtulmaq olur. Yəni, önləyici tədbirlər görülən zaman yanğınların qarşısını tez almaq olur. Yanğın baş verdiyi zaman qeyd edilənlər olmayanda və ya işlək vəziyyətdə olmayanda yanğınsöndürməyə gələn qrupların çatması üçün maneələr olanda artıq yanğının miqyası böyüyür və daha çox zərər verir. Buna görə də, bütün idarə, təşkilat və müəssisələrdə əməkdaşlar yanğın təhlükəsizliyinə dair maarifləndirilməlidir.

E.Nurəliyev hesab edir ki, yanğın təhlükəsizliyinə dair ümumi konsepsiya hazırlanmalı, hər ərazinin coğrafi relyefindən asılı olaraq vəziyyəti qiymətləndirilməli, təhlükəsizlik tədbirləri görülməlidir. Bu yaxınlarda NK tərəfindən mülki müdafiə ilə bağlı sərəncam verilib:

"Fövqəldə hal baş verdiyi zaman yanğın, sürüşmə, uçqun, daşqın, zəlzələ zamanı insanlar nə etməli, necə qorunmalı və s. sərəncamda yer alıb. Yanğın təhlükəsizlik qaydaalrına ciddi əməl edilməlidir. Yanğın hadisələri insanların həyatına, ətraf mühitə, ekologiyaya və s. zərər vurur. Çalışmaq lazımdır ki, yanğın təhlükəsi olmasın. Ancaq olduğu təqdirdə, müəyyən avadanlıqlar və maarifləndirmə ilə yanğınların qarşısını almaq və ya önləyici tədbirlər görmək mümkündür."

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »