Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda “balqabaqlar bayramı"na axın: Qorxulu makyajlar və geyimlər
Azərbaycanda “balqabaqlar bayramı"na axın: Qorxulu makyajlar və geyimlər

31 oktyabr İngilis dilində “Halloween”, dilimizdə isə "Hellouin" adlanan balqabaqlar bayramıdır. Bəziləri düşünür ki, həmin gün "o dünya" və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər.

Balqabaqlar bayramı xristian dünyasına məxsus bayram olduğundan, müsəlmanlar bu haqda az məlumatlıdır. Sözügedən bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Keltlərin adətləri əsasında formalaşıb. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda, Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunur.

Azərbaycanda isə bu bayrama münasibət fərqlidir. Bir neçə il əvvələ kimi bu bayramın nə demək olduğunu, nə üçün keçirildiyini bir çoxlarımız heç anlamırdıq da. Lakin dünən Bakının bir çox restoranlarında, klublarında bu bayram çox təntəraqla qeyd olunub. İnsanlar bu bayramın özəllikləri olan qəribə geyimlər geyinib, qorxuducu qrimlər edərək həmin restoranlara, tədbirlərə axışıblar.

Maraqlısı ondadır ki, bir çox özəl bağçalarda, məktəblərdə də bu bayram qeyd olunub. Bayramın mahiyyətini anlaya bilməyən körpələr cadugərlər, ölülər kimi bəzədilib, qorxu kinolarını xatırladan libaslar geyindirilib. Hətta bəzi tədbirlərin görüntülərindən görünür ki, balaca uşaqlar ətrafdakı bu görüntülərdən çəkinir və qorxurlar. Valideynlər və müəllimlər isə çalışırlar ki, bu xoşagəlməz mənzərəni körpəyə sevdirsinlər.

Başa düşmək olmur ki, qorxu, şiddət dolu görüntülərdən, hadisələrdən övladlarını uzaqlaşdırmaq istəyən valideynlər bu bayramı sevdirməkdə niyə bu qədər israrcıdırlar?

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »