Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Naxçıvan quru sərhədinin açılması yeni bir eranın başlanğıcını qoyacaq"
"Naxçıvan quru sərhədinin açılması yeni bir eranın başlanğıcını qoyacaq"

Ötən il Ermənistanın xain hücumlarından sonra böyük bir mücadələ ilə torpaqlarımız işğaldan azad edildi. Hazırda həmin ərazilərdə yenidənqurma işləri aparılır. İşğaldan sonra Azərbaycana gələrək yenidənqurma işlərinə dəstək olan Türkiyə Cumhuriyyəti prezidenti Rəcəb Tayib Ərdoğan, azad olunmuş ərazilərimizə müxtəlif iş adamları və şirkətlərin sərmayə qoyması, ərazilərin yenidən qurulması ilə bağlı mühüm işlər görür.

Bir müddət əvvəl Füzuli Hava limanı, Türkiyə preizdenti Rəcəb Tayib Ərdoğanın iştirakı ilə yenidən açıldı. Açılışda Türkiyə-Azərbaycan münasibətləri hər istiqamətdə gözdən keçirildi və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün atılacaq addımlar müzakirə edildi.

Tural İsmayılov Tural İsmayılov

Politoloq Tural İsmayılov bildirir ki, Azərbaycan və Türkiyə dövlətlərinin qardaşlıq münasibətində olması 44 günlük müharibə zamanı özünü aydın şəkildə büruzə verib. Eyni zamanda, Rəcəb Tayib Ərdoğanın Şuşa səfəri və daha sonra Füzuliyə səfərlər göstərdi ki, Türkiyə-Azərbaycan münasibətləri tarixi dövründə öz qardaşlıq əlaqələri kontekstindən ən yüksək səviyyəyə çatıb. Burada iki xalqın mənəvi bağları, dövlətlər arasındakı tarixi müttəfiqlik münasibətlərindən ziyadə həm də iki ölkə prezidenti Rəcəb Tayib Ərdoğanla, İlham Əliyevin bir-birinə qardaş deyə müraciət etməsi, şəxsi dostluq münasibətləri müstəsna əhəmiyyət daşıyır: "Azərbaycanla Türkiyə bir-birinə hər sahədə dəstəkdir. Bu baxımdan Türkiyə şirkətlərinin də işğaldan azad edilmiş Qarabağdakı quruculuq və abadlıq işlərində fəaliyyətləri gözlənilən və istənilən nəticələri verir".

Ekspert hesab edir ki, iqtisadi sahədə əlaqələr, Qarabağın qurulmasında Türk şirkətlərinin aktiv fəaliyyəti iki dövlət arasında münasibətləri daha yüksək səviyyəyə çatdıracaq. Şuşa və Bakı bəyannamələri, Azərbaycan-Türkiyə qardaşlığında və Azərbaycan və Türkiyə şirkətlərinin qarşılıqlı fəaliyyətində yeni bir paraqraf təşkil edir.

T.İsmayılovun fikrincə, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanla quru sərhədi bərpa olunacaq ki, bu yol vasitəsilə də Azərbaycandan Türkiyəyə quru yolu üzərindən rahat keçid olacaq.

"Bu zaman, təkcə Azərbaycan və Türkiyə arasında olan əlaqələr möhkəmlənməyəcək, həm də Naxçıvandan quru sərhəddinin açılması Azərbaycan-Türkiyə nəqliyyat xəttinin, bütünlükdə Avrasiyanı Avropa ilə bağlayan möhtəşəm və yeni nəqliyyat dəhlizinin formalaşmasına təkan verəcək. Yəni Naxçıvan quru sərhədinin açılması təkcə Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin yeni bir pilləyə daxil olması kimi deyil, eyni zamanda dünyanın nəqliyyat səhifəsində və Avrasiya ilə Avropanı bağlayan nəqliyyat əlaqələrində yeni bir eranın başlanğıcını qoyacaq",- deyə qeyd edən ekspert bildirib ki, bütövlükdə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı regionun siyasi dəyərini artırır.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »