Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq Baş nazir: “Seçkilər nə azad, nə də ədalətli keçdi”
Sabiq Baş nazir: “Seçkilər nə azad, nə də ədalətli keçdi”

Ötən şənbə Gürcüstanda seçkilərin ikinci turu keçirilib. Vətəndaşlar 20 iri şəhər və bələdiyyənin merlərini seçiblər. Bundan əlavə, 24 seçki dairəsi üzrə yerli məclislərin 42 majoritar deputatı - sakrebulo seçilib.

Bizimyol.info gürcüstan mətbuatına istinadən xəbər verir ki, “Gürcüstan naminə” partiyasının lideri, ölkənin keçmiş baş naziri Giorgi Qaxaria seçkiləri sərt tənqid edib.

"Bu seçkilər nə azad, nə də ədalətli keçirildi. Seçkilərdə puldan istifadə, inzibati resurslardan sui-istifadə halları barədə ciddi düşünmək lazımdır. Dövlət sektorunun siyasi neytrallığı təmin edilməlidir. Əks halda, səsvermənin mənasız şouya çevrilməsi riski var", - deyə Qaxaria Twitter-də yazıb.

“Gürcüstan naminə” səsvermənin birinci turunda yaxşı nəticələr göstərərək, təxminən 8% səs toplayıb. Bir neçə ay əvvəl yaradılan partiya demək olar ki, bütün bələdiyyələrdə sakrebuloda (məsləhətçi orqanlarda) deputat mandatı qazana bilib. Tiflis merliyinə namizəd olmuş Qaxariyanın özü isə 9%-dən çox səs alıb. O, hakim "Gürcü Arzusu" partiyasının və "Vahid Milli Hərəkat"ın namizədləri tərəfindən kənarlaşdırılıb.

SK-nın ilkin məlumatlarına görə, demək olar ki, hər yerdə “Gürcü arzusu”nun namizədləri qalib gəlib.

"Vahid Milli Hərəkat"ın başçılıq etdiyi müxalifət qrupu seçkilərin saxtalaşdırıldığını iddia edərək, nəticələri tanımaqdan imtina edib. Müxalifət liderləri seçkilərin nəticələrinə ləğv edilmiş bülletenlərin hakim partiyanın xeyrinə sayılmasının təsir etdiyini və seçkilərin zorakılıq, rüşvət və təhdidlər fonunda keçirildiyini bildiriblər.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »