Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidentinin mətbuat katibi koronavirusa yoluxub
ABŞ prezidentinin mətbuat katibi koronavirusa yoluxub

Ağ Evin sözçüsü Cen Psakinin koronavirus testi müsbət çıxıb.

Bizimyol.info xəbər verir ki, o, mətbuata açıqlamasında çərşənbə günündən bəri ABŞ prezidenti Co Bayden və administrasiya rəsmiləri ilə əlaqə saxlamadığını bildirib.

Psaki "G20" sammitinin nümayəndə heyətinə də qatılmayıb.

“Çərşənbə günü ailə üzvlərimdən birinin koronavirus testinin müsbət çıxması səbəbindən Ağ Evin tibbi qrupu ilə məsləhətləşərək, prezidenti xarici səfərdə müşayiət etməmək qərarına gəldim. O andan etibarən karantində idim və verdiyim testlər mənfi göstərirdi. Amma, bu günkü koronavirus testim müsbət göstərdi", - deyə Psaki sosial şəbəkə hesabında bildirib.

Psaki Amerika lideri ilə son təmasdan dörd gün sonra testlər virusun olmadığını göstərdiyini bildirib. Psaki: "Prezidentlə sonuncu dəfə çərşənbə axşamı, iki metr məsafə  də və maska ​​taxmış vəziyyətdə görmüşdüm".

O qeyd edib ki, peyvənd sayəsində kəskin simptomlar hiss etmir və evdən işləyir.

Bizimyol.info

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »