Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paket çayların təhlükələri: "Dəmləmə çay ən yaxşısıdır"
Paket çayların təhlükələri: "Dəmləmə çay ən yaxşısıdır"

2019-cu ildə Kanadada həyata keçirilən araşdırmada bir paket çayın tərkibində milyardlarla mikroplastik parçası aşkar edilib.

Araşdırmaçılar, qaynar suda 5 dəqiqə dəmlənmiş 4 fərqli paket çayı test edib. Paketlərdə olan plastikləri görməyə mane olduğu üçün paketlərdən çay yarpaqları çıxarılıb. Çay dəmləndikdən sonra elektronmikroskopla test edilib. Belə ki, 1 stəkan qaynar suya salınmış paket çayda 11,6 milyard mikroplastik və 3,1 milyard nanoplastik müşahidə edilib. Hesablamalara görə, bir insan bütün həyatı boyu 50 min mikroplastik parçası udur.

Bir çox çay paketləri təbii liflərdən hazırlansa da, bəzi şirkətlər hələ də plastik istifadə edir. Mütəxəssislərə görə, çay paketlərinin plastik və ya kağız olduğunu şirkətlər etiket üzərində yazmır. Əgər paketin içindəki çayı görə bilirsinizsə, deməli, paket plastikdir. Paket çay aldığınız zaman tərkibində plastik olmayan təbii maddələrdən hazırlanmış paket çaylarına üstünlük verməlisiniz. Əslində, bütün paket çayların tərkibində plastiklər mövcuddur. Mütəxəssislərin fikrincə "dəmləmə çay ən yaxşısıdır".

Mikroplastiklər mədə-bağırsaq sisteminə və ağciyərlərə zərər verir. Mikroplastik zərrəciklərinin meydana gətirdiyi atmosfer kirliliyi tənəffüs və ürək xəstəliklərinə səbəb olur. Mütəmadi olaraq, mikroplastiklərə məruz qalmaq immun sistemi də zəiflədir.

Paket çaylarının tərkibində hormon pozan və kanserogen maddələr olduğu məlumdur. Kimyəvi maddələrlə zəngin olan çaylar sağlamlıq üçün təhlükəldiir. Plastik çay paketləri, təkcə orqanizm üçün deyil, eləcə də ətraf mühit üçün təhlükəlidir. Bununla yanaşı, paket çayların tərkibində müxtəlif boyalar və dadlandırıcı maddələr var. Bu maddələr də sağlamlıq üçün təhlükəlidir. Məsələn; ləzzətli limon qoxusu verən çay, sadəcə bir qoxu ilə hazırlanmış çay ola bilər. Bunun yerinə, dəmləmə çay və bir dilim limon daha faydalıdır. Dəmləmə çay həm orqanizmi, həm də təbiəti qoruyur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »