Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ana olmuş 11 yaşlı qızı qarşıda nələr gözləyir - Həkim rəyi
Azərbaycanda ana olmuş 11 yaşlı qızı qarşıda nələr gözləyir - Həkim rəyi

Ötən günlərdə Azərbaycanda 11 yaşlı qız uşağı ana olub. Qızın təcavüzə uğraması, hamiləliyi və s. ilə bağlı müxtəlif iddialar var. Bəziləri bu məsələdə qızın atalığını ittiham edir, bəzi ittihamlara görə isə qız həmyaşıdı tərəfindən zorakılığa məruz qalıb.

Qeyd edək ki, qızların az yaşda ailə həyatı qurması, erkən övlad dünyaya gətirməsi, erkən yaşda abortlar hər zaman cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta İslam dininə görə, qızların 9 yaşından sonra yetişkənliyə başlaması məsələsi də zaman-zaman tənqid edilib.

Bəs elm nə deyir? Qızlar neçə yaşından qadınlığa addım atır, yetişkənlik yaşına çatır?

Mütəxəssislərə görə, qız mensturasiya olmağa başladığı zaman yetişir və övlad dünyaya gətirmə qabiliyyətinə sahib olur. Yəni, qız menstruasiya olduqdan sonra hamilə qala bilər, amma bu doğuşun qızın orqanizmi və həyatı üçün təhlükəli olmayacağına kimsə zəmanət verə bilməz.

Həkim ginekoloq Xoşqədəm İbrahimova deyir ki, mensturasiya dövrü müxtəlif yaşlarda başlaya bilər. Bu, qızın hamilə qala biləcəyinə işarədir, amma bu yaşlarda qızların orqanizmi doğuşa hazır olmur.

"Hətta 18-19 yaşlı qızlara belə doğuş tövsiyyə edilmir. Çünki bu yaşlarda doğuşun böyük riski olur. Azyaşlı qızlar hamilə qaldığı zaman uşağın düşmə riski, toksikoz və s. risklər var. Azyaşlı anaların uşaqlarında müxtəlif problemlər dünyaya gəlir. Qız böyüyür, 12 yaşında bədəni dəyişməyə başlayır. Bəzi qızlarda bu vəziyyət daha erkən yaşlarda, bəzilərində isə 15 yaşında meydana gəlir. Bu yaşlarda uşaqların zehni və bədəni dəyişir, qız olurlar.

12-15 yaşlı qızların dünyaya övlad gətirməsi sağlamlıq üçün təhlükəlidir. Bədən buna hazır olmur. Hətta 19 yaşından kiçik qızlar dünyaya uşaq gətirməməlidir. Çünki o yaşa qədər bədən inkişaf prosesində olur. Məsələn; sinir və endokrin sistemlər inkişaf etməkdə olur. 19 yaşından əvvəl olan hamiləlik inkişaf etməkdə olan orqanizm üçün stress yarada bilər. Qadınların uşaq dünyaya gətirmə yaşı 20-35 yaşdır".

Mütəxəssis erkən yeniyetməlik və yetişkənlik barədə də danışıb. Onun sözlərinə görə, bəzən qızlar 8 yaşında belə mensturasiya olub yetişkənliyə başlayır. Yəni qız hər yaşda hamilə qala bilər. Amma bədən bu yükü az yaşlarında qaldıra bilmir. Təkcə bədən deyil, azyaşlı qızlar psixoloji baxımdan da hamiləliyə hazır olmur.

Psixoloq Elnarə Abdullayevanın fikrincə, qız 14 yaşında uşaq dünyaya gətirə bilər. Amma onun ana olmağa hazır olması mümkün deyil. Çünki o, hələ özü uşaqdır. Uşaq böyüməli, sonra ana olmalıdır. Hər şeyin bir zamnaı var. Uşaq yaşda ana olan uşaq, yuxusuz gecələrə və uşaq bezi dəyişməyə hazır olmur: "Qız uşaqlarında ailə haqqında fikirlər, 14 yaşından sonra formalaşmağa başlayır. Bu yaşda onlar sevməyə, sevilməyə başlayırlar. Özü hələ yuxudan doymayan uşaq öz uşağını necə saxlaya bilər?"

11 yaşında ana olan qızı hansı sağlamlıq problemləri gözləyir?

Mütəxəssislərin fikrincə, bu uşaq hələ uzun illər orqanizminin sağaldığını hiss edə bilməyəcək. Onda gələcəkdə vaginizm, cinsi istəksizlik və s. kimi xəstəliklər müşahidə edilə bilər. Eyni zamanda cinsi həyata yeni başladığı üçün cinsi orqanlarında müxtəlif problemlər müşahidə edilə bilər. Psixoloji olaraq isə, bu qız ömür boyu dünyaya gətirdiyi körpəsini, təcavüz anını, ətrafdakı insanların ona olan davranışlarını unutmayacaq və insanlarla adekvat davranacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »