Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask: “Bəşəriyyətin aclıqdan xilası üçün “Tesla”nın səhmlərini satmağa hazıram”
İlon Mask: “Bəşəriyyətin aclıqdan xilası üçün “Tesla”nın səhmlərini satmağa hazıram”

Amerikanın avtomobil istehsalçısı “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, bu həftə “Forbes” jurnalının milyarderlər reytinqinə başçılıq edən İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün pulunun bir hissəsini xərcləməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, milyarder bu barədə sosial şəbəkədə yazıb.

"Əgər Ümumdünya Ərzaq Proqramı bu tvit halqasında 6 milyard ABŞ dollarının dünyanın aclıq problemini necə həll edə biləcəyini izah edə bilsə, mən indi “Tesla”nın səhmlərini satmağa və onu həll etməyə hazıram. Lakin maliyyə hesabatları açıq olmalıdır ki, ictimaiyyət pulun necə xərcləndiyini görə bilsin”, - Mask tviter hesabında yazıb.

Daha əvvəl Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli Maskı faciələrin qarşısını alması üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırıb. CNN telekanalı bildirib ki, insanların aclıqdan xilas olması üçün Maskın sərvətinin cəmi 2%-i lazımdır. Qeyd edək ki, hazırda dünya tarixinin ən varlı adamı sayılan Maskın sərvədi 289 milyard dollara çatır.

“Forbes” bazar ertəsi “Tesla”nın səhmlərinin qiymətlərinin artması fonunda sərvəti İlon Maskı tarixin ən varlı adamı elan edib.

Oktyabrın 27-də məlum olub ki, “Tesla”nın səhmləri bazar ertəsi şirkətin Hertz ilə distribütor parkına 100 000 elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 % bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »