Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
G20 ölkələri COVID-19 vaksinlərinə ümumi çıxışı təmin etmək istəyir
G20 ölkələri COVID-19 vaksinlərinə ümumi çıxışı təmin etmək istəyir

G20 (“Böyük İyirmilik”) ölkələri hər kəsin əldə edə biləcəyi kifayət qədər COVID-19 peyvəndinin olmasını təmin etmək üçün səyləri cəmləşdirməyi söz veriblər.

“Report” xəbər verir ki, bu barədə G20 sammitinin yekunları üzrə açıqlanan bəyanatda deyilir.

“Vaksinlərin pandemiyaya qarşı mübarizədə ən vacib vasitələrdən biri olduğunu və COVID-19-a qarşı kütləvi peyvəndin ictimai sərvət olduğunu qəbul edərək, təhlükəsiz, əlverişli, keyfiyyətli və effektiv peyvəndlərə vaxtında, ədalətli və ümumi çıxışı təmin etməyə çalışacağıq", - sənədin mətnində deyilir.

“2021-ci ilin sonuna qədər (dünya) əhalinin ən azı 40%-nin və 2022-ci ilin ortalarına qədər 70%-nin peyvənd edilməsi məqsədinə nail olmaq üçün inkişaf etməkdə olan ölkələrə peyvənd və zəruri sağlamlıq məhsulları tədarükünü artırmaq və maliyyə məhdudiyyətlərini aradan qaldırmaq üçün tədbirlər görəcəyik", - bəyanatda qeyd edilir.

Sammit iştirakçıları bu sahədə tədqiqat və inkişafları dəstəkləmək, eləcə də təchizat halqasını gücləndirmək təşəbbüslərini dəstəkləmək barədə razılığa gəliblər. G20 ölkələri həmçinin istehsalın genişləndirilməsi və şaxələndirilməsini təşviq etmək istəyirlər. G20 üzvləri eyni zamanda, xalqın peyvəndlərə inamını gücləndirmək üçün tədbirlər görmək niyyətindədirlər. Bura həmçinin dərmanların effektivliyi və əlavə təsirləri haqqında yanlış məlumatlarla mübarizə də daxildir.

Qeyd edək ki, G20 ölkələri Roma sammitinin yekun bəyanatında əsasən qlobal istiləşmənin 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması üçün tədbirlər görməyə çağırıblar.

Roma Sammitində qəbul edilən yekun kommünikedə həmçinin G20 ölkələrinin liderləri pandemiya zamanı müxtəlif xəstəliklərə qarşı yeni vaksinlərin hazırlanması müddətini 300 gündən 100 günə endirməyi vəd edirlər.

Onu da əlavə edək ki, dünyada qəbul edilmiş vaksinlərin əsas istehsalçıları G20-nin bəzi ölkələridir. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı və BMT vaksin istehsalçıları olan ölkələri, şirkətləri peyvəndləri dünyada ədalətli paylaşmağa çağırıblar.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »