Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Avropa məhsullarına tətbiq edilən rüsumları dayandırıb
ABŞ Avropa məhsullarına tətbiq edilən rüsumları dayandırıb

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında rüsumlar haqqında saziş polad və alüminium məhsulları ticarətinin 2018-ci ildə bu tariflərin tətbiqindən əvvəlki səviyyəyə qaytarılmasına imkan verəcək.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen mətbuata açıqlamasında bildirib.

Belə ki, ABŞ Avropa İttifaqının polad və alüminium məhsullarına tətbiq etdiyi rüsumları dayandırmaq qərarına gəlib.

Avropa Komissiyasının məlumatına görə, bu məhsulların Aİ-dən ABŞ-a ixracı 2018-2020-ci illər arasında 53% azalaraq 2,4 milyon tona düşüb.

Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə ABŞ 2018-ci ilin birinci yarısında Avropa İttifaqından polad və alüminium məhsullarının idxalına rüsum tətbiq edib.

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »