Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanla Baydenin Romada görüşü başlayıb
Ərdoğanla Baydenin Romada görüşü başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.

“Report” xəbər verir ki, “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.

Amerikalı jurnalistin "Türkiyəyə F-16-ları verməyi düşünürsünüzmü?" sualına ABŞ prezidenti C.Bayden “Yaxşı görüş keçirməyi planlaşdırırıq” deyə cavab verib.

Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Cozef Baydenlə qarşıdakı danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.

Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər.

Paylaş »
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Dekabrın 6-na olan hava proqnozu
››› Azərbaycanda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır
››› Belarusun sanksiyalardan itkiləri hesablanıb
Son xəbərlər
Bütün xəbərlər »