Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlazqoda BMT-nin İqlim Dəyişikliyi Konfransı işinə başlayır
Qlazqoda BMT-nin İqlim Dəyişikliyi Konfransı işinə başlayır

Bu gün Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransı işə başlayır.

"Report" xəbər verir ki, tədbirdə 200-ə yaxın ölkədən 25 min nümayəndə iştirak edəcək.

Tədbirin gündəliyinin əsasını qlobal emissiyaların erkən azaldılması, qalıq yanacaqların ləğvi və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi təşkil edir.

Noyabrın 12-dək davam edəcək sammitdə insan fəaliyyəti nəticəsində bəşəriyyət üçün ən böyük təhlükəyə çevrilən iqlim böhranı ilə mübarizə üçün yeni öhdəliklərin elan ediləcəyi gözlənilir.

Konfrans qlobal temperaturun 1,5 dərəcəyə qədər yüksəlməsini məhdudlaşdırmaq üçün daha çox fəaliyyətə çağırışların artması fonunda keçirilir.

Qlazqo sammitinin gündəmindəki ən mühüm məsələlərdən biri tullantıların qısa zamanda azaldılması istiqamətində atılacaq addımlar olacaq.

Sammitdə Hindistan, Avstraliya, Səudiyyə Ərəbistanı, Rusiya və Türkiyə də daxil olmaqla bir neçə ölkənin iqlim dəyişikliyinə öz milli töhfələri haqqında yeni məlumatlar təqdim edəcəyi gözlənilir.

Tərəflərin mədən yanacaqlarının mərhələli şəkildə dayandırılması üçün yol xəritələrini açıqlamaları gözlənilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »