Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İka Melia Saakaşvilini aclıq aksiyasına son qoymağa çağırıb
İka Melia Saakaşvilini aclıq aksiyasına son qoymağa çağırıb

Müxalif Vahid Milli Hərəkat Partiyasından Tbilisi merliyinə namizəd Nika Melia Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini aclıq aksiyasına son qoymağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat verib.

Saakaşvili həbs edilməsinə etiraz əlaməti olaraq Rustavi həbsxanasında 30-cu gündür ki, aclıq aksiyası keçirir. O, bu müddət ərzində həbsxanadan vəkilləri vasitəsilə xalqa müraciət edərək seçkilərdə Vahid Milli Hərəkat Partiyasına səs verməyə mütəmadi çağırış edib.

Mərkəzi Seçki Komissiyasının hətta ilkin nəticələri belə elan etmədiyi halda, Melia yerli seçkilərin ikinci turunda müxalifətin qalib gəldiyini bildirib.

"Sabah yekun protokollar tərtib olunanda və müxalifət namizədləri qalib elan olunanda mən istərdim ki, Mixail Saakaşvili aclıq aksiyasını dayandırsın, çünki o bizə sağ-salamat lazımdır", - deyə Melia bildirib.

Hazırda hər iki partiya – hakim “Gürcü Arzusu” və müxalif “Vahid Milli Hərəkat” seçkilərin ikinci turunda qalib olduqlarını iddia edirlər. Eyni zamanda, tərəflər nəticələri kökündən fərqli olan alternativ "exit-poll" məlumatlarına istinad edirlər.

Gürcüstan vətəndaşları şənbə günü 5 şəhərin (Tbilisi, Batumi, Kutaisi, Poti, Rustavi) və 15 rayonun merlərini, həmçinin 24 seçki dairəsi üzrə 42 majoritar deputatlarını seçiblər.

Gürcüstan MSK gecə yarısından sonra səsvermənin ilkin nəticələrini dərc etməyə başlayacaq.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər