Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Exit-poll”: Dörd böyük şəhərdə “Gürcü Arzusu”nun namizədləri qalib gəlib
“Exit-poll”: Dörd böyük şəhərdə “Gürcü Arzusu”nun namizədləri qalib gəlib

“Exit-poll”un ilkin nəticələrininə görə, dörd böyük şəhərə mer seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının namizədləri qalib gəlib".

Bizimyol.info xəbər verir ki, bunu “İmedi” telekanalı Gürcüstanda keçirilən seçkilərlə bağlı “Exit-poll”un nəticələrini yayımlayarkən deyib.

Gürcüstan vətəndaşları şənbə günü 5 şəhərin (Tbilisi, Batumi, Kutaisi, Poti, Rustavi) və 15 rayonun merlərini, həmçinin 24 seçki dairəsi üzrə 42 majoritar məsləhətçi orqan deputatlarını seçiblər.

“Exit-poll”u hakimiyyətə yaxın olan “İmedi” televiziya şirkətinin sifarişi ilə “GORBI” şirkəti təşkil edib. Tbilisi vaxtı ilə saat 18:00-da seçki məntəqələrində keçirilən sorğunun ilkin məlumatlarına görə, səslər aşağıdakı kimi paylanıb:

Tbilisi

Kaxa Kaladze "Gürcü arzusu - Demokratik Gürcüstan" - 57,2%

Nika Melia "Vahid Milli Hərəkat" - 42,8%

Batumi

Arçil Çikovani "Gürcü arzusu - Demokratik Gürcüstan" - 50,8%

Georgi Kirtadze "Vahid Milli Hərəkat" - 49,2%

Rustavi

Nino Latsabidze "Gürcü arzusu - Demokratik Gürcüstan" - 53,8%

David Kirkitadze "Vahid Milli Hərəkat" - 46,2%

Kutaisi

İoseb Xakhaleişvili "Gürcü arzusu - Demokratik Gürcüstan" - 51,9%

Xatiya Dekanoidze "Vahid Milli Hərəkat" - 48,1%

“Exit-poll” təsadüfi seçim yolu ilə seçilmiş 150 seçki məntəqəsində 17 mindən çox seçici ilə müsahibə aparılıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »