Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taliban: Əfqan xalqının rifahı üçün dünya dövlətləri bizi tanımalıdır
Taliban: Əfqan xalqının rifahı üçün dünya dövlətləri bizi tanımalıdır

"Dünya dövlətləri, xüsusən də ABŞ Taliban administrasiyasını rəsmən tanımalıdır".

Bizimyol.info xəbər verir ki, bunu Əfqanıstandakı müvəqqəti hökumətin sözçüsü Zabihullah Mücahid Əfqanıstanın paytaxtı Kabildə Hökumət Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

Taliban rəsmilərinin ötən həftə Rusiya, İran, Özbəkistan, Pakistan və Türkmənistanın  rəsmiləri ilə görüşdüyünü qeyd edən Mücahid baş tutan diplomatik görüşlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Mücahid Əfqanıstanın başqa ölkələr üçün heç bir təhlükə yaratmadığını, ölkədə təhlükəsizliyin təmin edildiyini, qanuna əsaslanan hökumətin qurulduğunu və xalqın rifahının təmin olunduğunu deyib.

Mücahid Taliban hökumətinin rəsmi tanınması üçün bəzi ölkələrlə danışıqlar apardığını bildirib:

"Dünya ölkələri, xüsusən də ABŞ-ın Talibanı rəsmən tanımasına ehtiyac var. Çünki Taliban hökumət olaraq rəsmi tanınması üçün lazımi şərtləri yerinə yetirib. Dünya ölkələri ilk növbədə Əfqanıstanın rəsmi hakimiyyətini tanımalıdır. Çünki  "Taliban" heç də digər ölkələr üçün təhlükə sayıla bilməz, çünki Əfqanıstan rəsməi hakimiyyətidir”.

Mücahid əlavə edib ki, Taliban idarəçiliyinin rəsmi tanınması əfqan xalqının təbii hüququdur.

ABŞ-ı Kabildəki səfirliyini yenidən aktivləşdirməyə çağıran Mücahid, "Biz bütün dünya ilə, xüsusilə də ABŞ ilə diplomatik əlaqələrimizi inkişaf etdirmək istəyirik",- deyə bildirib.

Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »