Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Terrorçunun qəhrəmanlaşdırılması cəhdinin qarşısı alınmalıdır
XİN: Terrorçunun qəhrəmanlaşdırılması cəhdinin qarşısı alınmalıdır

Xəbər verdiyimiz kimi, Türkiyə konsulu Kamal Arıkanı qətlə yetirən erməni terror təşkilatı olan ASALA-nın üzvü Ambik Sassunyanın həbsdən azad edilərək Ermənistana gəlib.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni terrorçunun həbsdən azad edilməsinə münasibət bildirib.

"ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA-nın üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviqinə xidmət edir", - deyə idarə rəisi bildirib.

L.Abdullayeva: “Həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir.

Ermənistan KİV-də yayılmış məlumata əsasən, bu ölkədə olduğu bildirilən terrorçunun hər hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır”,- deyə qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »