Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN metroda baş verən hadisə ilə bağlı açıqlama verib
FHN metroda baş verən hadisə ilə bağlı açıqlama verib

Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, FHN-nin Mətbuat xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropoliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər