Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda küçədən əl qumbarası tapıldı
Bakıda küçədən əl qumbarası tapıldı

Bakının Nəsimi rayonu, 28 May küçəsində polis əməkdaşı tərəfindən sursat aşkar edilib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 markalı əl qumbarası olduğu müəyyən edilib.

Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »