Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 31 oktyabr, 2021-ci il – Mübahisəli vəziyyətlərdə çevik qərarlar verəcəksiniz
Ulduz falı: 31 oktyabr, 2021-ci il – Mübahisəli vəziyyətlərdə çevik qərarlar verəcəksiniz

Bizimyol. info 31 oktyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Bu gün qəlbinizin səsini xüsusilə diqqətlə dinləməyiniz lazımdır. Bir çox çətin suallara cavab verən, yeni və mübahisəli vəziyyətlərdə çevik qərarlar verməyə imkan verən də məhz bu olacaq. Gün adi fəaliyyətlər üçün əlverişlidir. Belə işlər sizi yormayacaq - çox şey edə bilərsiniz. Əhəmiyyətli söhbətlər yaxşı gedəcək. Əvvəllər fikir ayrılığına səbəb olmuş məsələləri mehribanlıq şəraitində rəhlil edə bilərsiniz. Əvvəllər asan olmayan münasibətlər daha ahəngdar olacaq, getdikcə daha çox müsbət emosiyalar alacaqsınız.

Qoç - Bütün həftə ərzində görməyə alışmadığınız xırda işləri görmək üçün yaxşı gündür. Çoxdan başlayan işi başa çatdıra, bəzi təşkilati məsələləri həll edə, sənədlərlə məşğul ola bilərsiniz. Uzun müddət eyni işi görməli olsanız belə, diqqətiniz dağılmayacaq və sıxılmayacaqsınız. Alış-verişə vaxt ayırın. Bu gün pul xərcləmək üçün çoxlu imkanlarınız olacaq. Ancaq lazımsız xərclərdən qaçmaq daha yaxşıdır. Sonradan şübhəsiz ki, bu gün qənaət etdiyiniz məbləği idarə etmək üçün əla bir yol tapacaqsınız.

Buğa - Gün uzun çəkə bilən işlər üçün əladır, çünki onlar konsentrasiyanı və xırda detallara diqqət yetirməyi tələb edəcək. Bu həm də öyrənmək üçün əlverişlidir: siz yeni məlumatları tez yadda saxlayırsınız, çətin tapşırıqları həvəslə götürürsünüz, tez-tez bəzi qeyri-standart həll yolları tapırsınız. Yaxınlarınızla vacib məsələləri müzakirə edə, hər kəsi narahat edən şeylərdən danışa bilərsiniz. İndi düzgün tonu tapmağı bacarırsınız, bütün narazılıqları yumşalda biləcəksiniz. Mübahisələrin yaranması ehtimalı azdır, lakin bu, baş verərsə, mütləq bir kompromis tapılacaq.

Əkizlər - Bəzi vacib məsələni sakitcə düşünmək və fəaliyyət planı barədə qərar vermək üçün yaxşı gündür. Daha əvvəl fərq etmədiyiniz imkanlara diqqət yetirəcəksiniz, məqsədə mümkün qədər tez çatmağın yollarını başa düşəcəksiniz. Amma ideyalarınızı müzakirə etmək hələ tezdir. Başqalarının onları dəstəkləməsi ehtimalı azdır, lakin əvəzində lazımsız təkliflərlə sizi çaşdıra bilərlər. Ailə məsələləri diqqət tələb edə bilər. Ola bilsin ki, sizə yaxın olan birinin köməyinizə ehtiyacı olsun. Başqalarının problemlərinin öhdəsindən təəccüblü dərəcədə tez gələ bilirsiniz; bu zaman demək olar ki, əziyyət çəkmirsiniz.

Xərçəng - Gün gərgin olsa da, heç bir ciddi çətinlik gətirməyəcək. Uzaqdan gələn xəbərlər sizi planlarınızı dəyişməyə, gözlədiyiniz işləri təxirə salmağa məcbur edə bilər. Ancaq bu, sizi kədərləndirməkdən daha çox sevindirəcək. Rutindən qaçmaq, adi şeylərdən tamamilə yeni bir işə keçmək bacarığı ruhlandıracaq. Qeyri-adi görüşlər mümkündür. Haqqında əvvəllər çox yaxşı şeylər eşitdiyiniz insanlarla söhbət etmək şansınız olacaq. Onların təcrübəsi sizin üçün faydalı olacaq. Günorta sevgililər üçün xoş sürprizlər vəd edilir.

Şir - İşləri qaydasına salın, lazımsız şeylərdən qurtulun; gün bunun üçün idealdır. Maliyyə məsələlərini də həll edə, yaxın gələcəkdə nəyə pul xərcləyəcəyinizə qərar verə bilərsiniz. Bu gün ətrafınızdakı insanlar sizə məsləhət verməyə xüsusilə hazırdırlar, lakin siz həmişə onlara qulaq asmırsınız. Və haqlısınız: bütün tövsiyələr faydalı deyil. Gün mehriban romantik görüşlər üçün münasibdir. Sizi yaxşı tanıyan insanlarla da əla vaxt keçirə bilərsiniz. Bəzən bir-birinizi anlamaq üçün sözlərə belə ehtiyacınız olmur.

Qız - Mürəkkəb və irimiqyaslı işləri yerindən tərpədə, son bir neçə həftə ərzində üzərində işlədiyiniz işləri uğurla başa çatdıra bilərsiniz. Qeyri-adi və çox cəlbedici təkliflər ehtimal olunur. Ola bilər ki, çox ünsiyyətdə olduğunuz insanlar sizinlə förüşmək istəsinlər və yenidən ümumi maraqlar tapacaqsınız. Gün sizə planlar barədə qərar vermək, yaxın gələcəkdə diqqətinizi nəyə yönəldəcəyinizə qərar vermək imkanı verəcək. İndi heç kim sizə təzyiq göstərməyə, öz fikrini qəbul etdirməyə çalışmayacaq. Üstünlük sizin tərəfinizdə olacaq.

Tərəzi - Xüsusilə səhər saatlarında emosiyaların öhdəsindən gəlmək çətin ola bilər. Xırda hadisələr, başqa vaxt diqqət etmədiyiniz əhəmiyyətsiz məsələlər indi ciddi görünəcək və sizi əsəbiləşdəcək. Adi işlərdən yayınmaq, yeni bir iş görmək faydalı olacaq. Hər şey dərhal yaxşı alınmır, ancaq ilk uğurlarınızı əldə edəndə əhvalınız nəzərəçarpacaq dərəcədə yüksələcək. Əhəmiyyətli məsələlərin müzakirəsini təxirə salmaq və xoş mövzular haqqında danışmaq, sizi ruhlandırmağı bacaranlarla ünsiyyət qurmaq daha yaxşıdır.

Əqrəb - Əzmkarlığınız başqalarının büdrədiyi yerlərdə uğurlu nəticələr əldə etməyə, bəzi çətin məsələləri həll etməyə imkan verəcək. Çətin işlərdən qorxmursunuz, maneələr qarşısında geri çəkilmək istəmirsiniz. Bu, başqalarında silinməz təəssürat yaradır. Adətən səni sevməyənlər belə sizə heyran olurlar. Çox şey edə bilərsiniz. Ancaq istirahət etmək, narahatlıqlardan qaçmaq və xoş bir şey haqqında düşünmək üçün qısa bir fasilə vermək yaxşı olar. Gəzinti və ya qısa bir syahət çox kömək edəcək.

Oxatan - Çətin və vacib məsələlər üçün əlverişli gündür. Çətinliklər sizi qorxutmur və ya dayandırmır; həmişə onlara qalib gəlməyin bir yolunu tapırsınız. Köhnə tanışlar çox kömək edir, təcrübələri çox vaxt faydalı olur. Gün gələcək haqqında danışmaq, planları müzakirə etmək üçün əlverişlidir. Yaxşı ideyalar ortaya çıxacaq, lakin onları həyata keçirmək üçün tələsməyə ehtiyac yoxdur. Səbrli olmaq və daha yaxşı anı gözləmək lazımdır. Bu arada, çox faydalı olmayan, lakin zövqlü bir şey edə bilərsiniz. Əhvalınız dərhal yaxşılaşacaq, özünüzü daha şən hiss edəcəksiniz.

Oğlaq - Ünsiyyət, xoşuna gəlmək istədiyiniz insanla görüş üçün əlverişli gündür. Çoxları ilə yaxşı yola gedirsiniz, mübahisə etdiyiniz insanlarla barışa, bəzi köhnə əlaqələri bərpa edə bilərsiniz. Romantik görüşlər sevindirəcək, çoxlu müsbət emosiyalar bəxş edəcək. Nə qədər faydalı olsa da, bütün günü darıxdırıcı, monoton fəaliyyətlərə həsr etməməlisiniz. Heç olmasa, bir az ara verin və sizə nəyin sevinc gətirə biləcəyini xatırlayın. Əyləncəli bir fəaliyyətə bir neçə saat vaxt sərf etmək özünüzü daha yaxşı hiss etməyinizə yol açacaq.

Dolça - Xoş, maraqlı və ruhlandırıcı bir gündür. Yəqin ki, xoş xəbərlər, rədd etmək istəməyəcəyiniz təkliflər alacaqsınız. Dəyişikliyə hazır olduğunuzu hiss edirsiniz və həyatınıza yeni bir şey gətirmək fürsətini qaçırmayacaqsınız. Qeyri-adi tanışlıqlar mümkündür. Baxışları və təcrübələri sizinkindən fərqli olan insanlarla danışmaq sizə yaxşı fikirlər verəcək. Tezliklə planlarınızı mütləq həyata keçirəcəksiniz. Ehtiyatlılığa ehtiyac duyulan yeganə sahə maliyyədir. Bu gün siz qeyri-ciddiliyə meyllisiniz və həqiqətən bu və ya digər şeyə ehtiyacınız olub-olmadığını düşünmədən pul xərcləyə bilərsiniz.

Balıq - Üzərinizə götürdüyünüz hər şeyi yaxşı bacarırsınız. Bu gün tale sizin tərəfinizdədir və siz bundan istifadə edərək cəsarətli bir planı həyata keçirməli, çoxdan düşündüyünüz işi görməlisiniz. Köhnə tanışlar fikirlərinizi həvəslə dəstəkləyəcək, tez-tez onların həyata keçirilməsinə kömək edəcəklər. Ümumi işlər insanları çox yaxınlaşdırır, fikir ayrılıqlarını unutmağa kömək edir. Əvvəllər sizi çaşdıran problemləri necə həll edəcəyiniz aydın olacaq. İstədiyiniz nəticəni əldə etmək üçün bir az vaxt lazım ola bilər, ancaq doğru yolda olduğunuzu anlayaraq özünüzü daha sərbəst, daha inamlı və sakit hiss edəcəksiniz.

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› “Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
››› Hazırkı tendensiya ana dilinin gələcəyi üçün təhlükə yarada bilər
Son xəbərlər
Bütün xəbərlər »