Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş onlayn Elmi Konfrans keçirilib
“29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş onlayn Elmi Konfrans keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “zoom” platforması üzərindən “29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: İmkanlar və Gələcək Perspektivlər" mövzusunda onlayn Elmi Konfrans keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov “Ümumdünya İnsultla Mübarizə Günü”nün ÜST-nin çağırışına əsasən 2006-cı ildən etibarən qlobal miqaysda qeyd edildiyini bildirib. Xidmət rəisi vurğulayıb ki, statistikaya görə hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bu halların 6,7 milyonu ölümlə nəticələnir. Rəqəmlər göstərir ki, insult keçirənlərin üçdə biri həyatını itirir, qalanları isə əlil olur. Nəticədə beyin insultu ömürlük əlilliyə səbəb olan xəstəlik kimi dünyada birinci yerdə durur. Eyni zamanda insult keçirmiş xəstələrin 31%-nə özlərinə qulluq üçün digər şəxslərin köməyi tələb olunur, 20%-i isə müstəqil şəkildə gəzə bilmir. Əvvəlki əmək fəaliyyətinə isə xəstələrin yalnız 20%-i qayıda bilir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov

Neyrovaskulyar çatışmazlıqla bağlı vəziyyətə koronovirus pandemiyasının da öz təsirini göstərdiyini qeyd edən C.Məmmədov ölkəmizdə insultla mübarizə istiqamətində daha aktiv fəaliyyətlərin təşkilində bu xəstəlikdən əziyyət çəkən şəxslərin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

İnsultlu xəstələrlə işləyən mütəxəssislərin mövcud bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də yerli və beynəlxalq təcrübənin paylaşılması üçün konfransın pandemiya şəraitinə uyğun şəkildə təşkil edildiyini qeyd edən C.Məmmədov çıxışının sonunda dinləyiciləri sessiyalar zamanı aktiv olmağa səsləyib.

Tədbirin rəsmi açılış hissəsində, eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov və Səhiyyə Nazirliyinin baş nevroloqu, tibb üzrə fəlsəfə doktoru Dilarə Xəlilova da müvafiq olaraq çıxış edərək mövzu ətrafından fikirlərini bildiriblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov

Rəsmi açılış hissəsindən sonra Dr.Rəşad Mahmudovun rəhbərliyi ilə “Neyrovaskulyar xəstəliklərdə anatomiya və ateroskleroz” panelinə start verilib. Yüksək ixtisaslı mütəxəssislər tərəfindən məruzələrin dinlənildiyi onlayn konfrans sual-cavab sessiyaları və müzakirələrlə davam edib.

300-dən çox həkimin iştirak etdiyi konfrans 2 gün davam edəcək və ümumilikdə 4 paneldə 13 məruzənin dinlənilməsi nəzərdə tutulur.

Respublika Diaqnostika Mərkəzinin İntervensional radiologiya və diaqnostika şöbəsinin müdiri Dr. Ahmet Memiş

Konfransın birinci günündə Respublika Diaqnostika Mərkəzinin İntervensional radiologiya və diaqnostika şöbəsinin müdiri Dr. Ahmet Memişin moderatorluğu ilə “Xronik və kəskin neyrovaskulyar çatışmazlıqda nevrolojik, cərrahi və endovaskulyar müalicə” mövzunda müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
Son xəbərlər
Bütün xəbərlər »