Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Romada "G20" Liderlərin Zirvə görüşü başlayıb
Romada "G20" Liderlərin Zirvə görüşü başlayıb

Paytaxt Romada dünya iqtisadiyyatının 20 aparıcı liderlər dövlətinin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən "G20" Liderlərin Zirvə görüşü işə başlayıb.

Bizimyol.info bu barədə xarici mətbuata istinadən xəbər verir.

İtaliya sədrliyi ilə Romadakı Nuvola Konqres Mərkəzində təşkil olunan "G20" sammiti ev sahibi - İtaliyanın Baş naziri Mario Draqinin iştirakçıları salamlanması ilə işinə başlayıb.

Qeyad edək ki,  Baş nazir qonaqlarını qapıda qarşılayıb və sonra onlar birlikdə xatirə şəkli çəkdiriblər.

Liderlər sammitin ilk günündə "Qlobal İqtisadiyyat və Qlobal Sağlamlıq" sessiyasında bir araya gələcək.

Zirvə toplantısında epidemiya dövründə iqtisadiyyatın bərpası, peyvənd kampaniyası və epidemiya dövründə sağlamlıqla bağlı baş verən hadisələr müzakirə olunacaq.

Sammitlə əlaqədar paytaxt Romada geniş təhlükəsizlik tədbirləri görülüb. Sammitin keçirildiyi EUR bölgəsinin əhəmiyyətli bir hissəsi mülki nəqliyyat üçün bağlanıb. Zirvədə 5300-ə yaxın təhlükəsizlik işçisi xidmət göstərir.

Digər tərəfdən bir qrup gənc ətraf mühit fəalı oturaq aksiya keçirərək sammitin keçirildiyi EUR bölgəsini şəhər mərkəzinə bağlayan əsas hərəkət vasitələrindən biri olan Kristofer Kolumb bulvarının qarşısını kəsiblər. Təhlükəsizlik qüvvələri hadisəyə müdaxilə edərək yolu nəqliyyatın hərəkətinə açıb.

Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
Son xəbərlər
Bütün xəbərlər »