Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin saxlanıldığı həbsxanaya polis və təcili yardım işçiləri gətirilib - Video
Saakaşvilinin saxlanıldığı həbsxanaya polis və təcili yardım işçiləri gətirilib - Video

Rustavidə eks-prezident Mixail Saakaşvilinin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin binası qarşısında polis və təcili yardım briqadasının olduğu avtobus səfərbər edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat verib.

Bildirilir ki, ilkin məlumata görə, həbsxana rəhbərliyi siyasətçini həbsxana xəstəxanasına köçürməyə hazırlaşır, lakin bunun rəsmi təsdiqi yoxdur.

Bir gün əvvəl Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze demişdi ki, lazım gələrsə, idarə Saakaşvilini klinikaya aparmaq üçün helikopterdən istifadə edəcək, lakin indi xəstəxanaya yerləşdirməyə ehtiyac yoxdur.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti cümə günü gözlənilən dövlət çevrilişi planını elan edib. Bildirilib ki, ayrı-ayrı şəxslər Gürcüstanın eks-prezidentinin həbsxana klinikasına və ya başqa həbsxanaya aparılmasına mane olaraq ölkədə xaos və iğtişaşlar yaratmaq niyyətindədirlər.

Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »