Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiya diplomtik korpusunun daha 55 nəfərini ölkədən qovur
ABŞ Rusiya diplomtik korpusunun daha 55 nəfərini ölkədən qovur

"ABŞ səfirlik və konsulluqlardan daha 55 rusiyalı diplomatı, inzibati-texniki işçini ölkədən qovmaq niyyətindədir".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya mətbuatına Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, qeyd edib ki, hazırda ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində 130-a yaxın, Vaşinqtondakı Rusiya diplomatik missiyasında isə 200-dən az adam, Nyu-York və Hyustonda da iki baş konsulluqda çalışanlar var.

“Vaşinqtonun qarşıdakı aylarda daha 55 diplomat və inzibati-texniki işçimizin ABŞ-ı tərk etməsi tələbini nəzərə alsaq (bu, mahiyyət etibarı ilə ölkədən qovulmaq deməkdir), diplomatik cəbhədə vəziyyət daha da gərginləşəcək”, - deyə Zaxarovaya bildirib.

Cümə günü səhər saatlarında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ı “eskalasiya tədbirlərini” dayandırmağa və “substantiv, dürüst və qarşılıqlı hörmətə əsaslanan danışıqlara başlamağa” çağırıb.

Dövlət Departamenti diplomatik heyətin ixtisarı fonunda ABŞ-ın Rusiyadakı səfirliyinin işinin yalnız texniki funksiyaların yerinə yetirilmə səviyyəsinə çatdırılmasından narahatlıq ifadə edib. Qeyd olunub ki, Amerikanın Moskvadakı səfirliyinin əməkdaşları 2017-ci ildə 1200 nəfər olub, 2021-ci ilin oktyabrınadək bu say 120 nəfərə enib.

ABŞ senatorları ABŞ prezidenti Co Baydendən xahiş ediblər ki, Moskva ABŞ səfirliyinin əməkdaşlarını genişləndirməkdən imtina edərsə, 300 rus diplomatı ölkədən çıxarsın.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, belə bir təkliflə senatorlar Rusiya Federasiyasındakı Amerika diplomatik qurumlarını bağlamağa çalışırlar. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Rusiya tərəfinin ABŞ-da bu sayda diplomatı yoxdur.

ABŞ vətəndaşı olmayan şəxslərin Amerika diplomatik missiyalarında işləmək üçün işə götürülməsinə qadağa qoyulması qərarı Rusiya ilə Vaşinqton arasında diplomatik gərginliyin növbəti mərhələsi ilə əlaqədar qəbul edilib. Aprelin 15-də Amerika lideri Co Bayden daha bir anti-Rusiya sanksiyaları tətbiq etdi. Bundan əlavə, ABŞ 10 rus diplomatını ölkədən çıxarıb.

Moskva buna cavab olaraq ölkədəki Amerika diplomatik nümayəndəlikləri tərəfindən rusların və üçüncü ölkə vətəndaşlarının işə götürülməsi praktikasına son qoymaq üçün prosedura başlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »