Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək
Bu gün "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında 12 xalla 4-cü pillədə qərarlaşan "Zirə" 7 xalla 7-ci sırada gedən "Keşlə"ni qəbul edəcək. Bu, komandaların Premyer Liqada 25-ci dueli olacaq. Əvvəllər 8 matçda meydan sahibləri qələbə qazanıbsa, 6 qarşılaşmada "Keşlə" 3 xala sevinib. 10 görüşdə isə qalib müəyyənləşməyib. "Qartallar" rəqibinə çempionatdakı son 5 oyunda uduzmayıb.

Günün və turun mərkəzi oyununda "Qarabağ" və "Neftçi" üz-üzə gələcək. 17 xala malik olan tərəflər ilk iki pilləni bölüşürlər. Əzəli rəqiblər indiyədək Azərbaycan çempionatları tarixində 84 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam təmsilçisi, 23-də flaqman qələbə sevinci yaşayıb. 30 matç isə heç-heçə ilə başa çatıb. Premyer Liqadakı son 7 görüşdən yalnız birində meydan sahibi olan tərəf qələbə qazana bilib. Bundan əlavə, “Neftçi” son 3 oyunda "köhlən atlar"ın qapısına yol tapıb.

"Ağ-qaralar"ın heyətində Ömər Buludov və Xorxe Korreanın mikrozədələri var. Onların görüşdə iştirakına məşqçilər korpusu qərar verəcək. "Qarabağ"da isə əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, əzələsini dartan Qaspar Panadero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.

Qarşılaşmanın qiymətləri müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir.

Azərbaycan Premyer Liqası, IX tur

30 oktyabr (şənbə)

16:00. “Zirə” – “Keşlə”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Azersun Arena”

Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.(report)

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »