Amerika tərəfi İranın pilotsuz uçuş aparatının (PUA) inkişaf proqramını dayandırmaq üçün istənilən tədbirlər görəcək, o cümlədən sanksiyaların tətbiqini gücləndirəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“ABŞ İranı PUA ilə bağlı İranı proqram və texnologiya materiallarla təmin edən təchizat şəbəkələrinin qarşısının alınması üçün sanksiyalar da daxil olmaqla bütün mövcud vasitələrdən istifadə edəcək. Pilotsuz uçan aparatların yayılması ilə məşğul olan İran təşkilatlarına qarşısı tədbirlər görüləcək", - deyə XİN-in mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Cümə günü səhər ABŞ Maliyyə Nazirliyi dörd iranlıya və iki iranlı şirkətə məhdudiyyətlər qoyub. Vaşinqtona görə, bu şirkətlər İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrnə dron proqramlarının əldə edilməsi üçün əhəmiyyətli dəstək veriblər.
Qara siyahya düşmək ABŞ-dakı aktivlərin dondurulması Amerika vətəndaşlarına və ya şirkətlərinə aidiyyəti olan şəxslərlə iş aparmağa qadağa qoyulması deməkdir.
İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın yeni sanksiyaları Vaşinqtonun nüvə sazişinə qayıtma məsələsində etibarını sarsıdır.
Bizimyol.info