Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda yerli seçkilərin ikinci turu başlayıb
Gürcüstanda yerli seçkilərin ikinci turu başlayıb

Gürcüstanda merlərin və yerli məşvərət orqanlarının majoritar deputatlarının seçkilərinin ikinci turu başlayıb

Bizimyol.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Tbilisi vaxtı ilə səhər saat 08:00-da ölkədə seçki məntəqələri açılıb.

Ümumilikdə Gürcüstan sakinləri ikinci turda 20 şəhər və rayon merlərini seçəcəklər.

Majoritar deputat seçkilərinə gəlincə, ikinci turuna onlar 24 şəhərin 42 rayonunda keçirilir.

İkinci tura qədər 1830 seçki məntəqəsi, habelə kovid mərkəzlərində, karantin və özünütəcrid zonalarında yerləşən seçicilərin səs verməsi üçün 29 xüsusi seçki məntəqəsi, eləcə də cəzaçəkmə müəssisələrində altı seçki məntəqəsi yaradılıb.

Sputnik Gürcüstanın müxbirinin verdiyi məlumata görə, səhər saatlarından Tbilisidə bəzi seçki məntəqələrində növbə yaranıb.

“İkinci turda daha az adam olacağına ümid edirdim, amma seçki məntəqəsinə gəldim və burada növbəyə durmalı oldum. Gün ərzində hansı növbələrin olacağını təsəvvür edə bilirəm”, - deyə Tbilisi sakini Vaxo Maisuradze bildirib.

Vahid seçici siyahısında 2 milyon 88 min 722 nəfər var. Ən çox seçici Tbilisidə yaşayır - 1 002 900 nəfər.

Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »