Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: Planetdə qarşısını ala bilməyəcəyimiz başqa bir virus olacaq
ÜST: Planetdə qarşısını ala bilməyəcəyimiz başqa bir virus olacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini koronavirus pandemiyasının verdiyi "dərslərdən" nəticə çıxarmalı olduğunu qeyd edib.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, o, bəşəriyyəti yeni təhlükələrə hazır olmağa çağırıb.

Baş direktor bildirib ki, biolaqların araşdırmaları nəticəsində gəldikləri qənaətə görə nə vaxtsa, Yer üzündə qarşısının alınması mümkün olmayacaq başqa bir virus olacaq.

"Dünya ölkələri arasında vaksinlər qeyri-bərəbər bılünür. Xəstəliklə effektiv mübarizə üçün dövlətlərib peyvənd əldə etmək imkanı bərabər olmalıdır. Hazırda burada müəyyən qüsurlu yanaşma var. Belə ki, dünya əhalisinin 36%-i COVİD-19-a qarşı tam peyvənd olunub, Afrikada isə bu rəqəm cəmi 6%-dir", - deyə o vurğulayıb.

ÜST-ün baş direktoru həmçinin G20 ölkələrinin liderlərini pandemiyaya hazırlıq və onlara cavab tədbirləri üzrə beynəlxalq sazişin yaradılmasını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, oktyabrın 29-na olan məlumata görə, pandemiya zamanı dünyada 245 milyon 373 min 39 nəfər koronavirusa yoluxub, 4 milyon 979 min 421 nəfər ölüb. Ən çox yoluxma halları ABŞ (45 445 663), Hindistan (34 246 157) və Braziliyada (21 766 168) qeydə alınıb. Ölənlərin sayına görə birinci sırada ABŞ (736 801), ikinci yerdə Braziliya (606 679) və Hindistan (457 191) gəlir.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »