Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
G20 sammitində koronavirusa ilk yoluxma halı qeydə alınıb
G20 sammitində koronavirusa ilk yoluxma halı qeydə alınıb

İtaliya paytaxtı Romada keçirilən “Böyül iyirmilik” (G20) sammitində ilk dəfə koronavirusa yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın paytaxtı Romanın Latsio vilayətinin səhiyyə naziri Alessio Damato bildirib.

Onun sözlərinə görə, ilk yoluxma halı jurnalistdə qeydə alınıb. Britaniyalı qadın jurnalist sammitdə belə hallar üçün qurulmuş COVID-19 hotelinə yerləşdirilib.

Qeyd edək ki, ikigünlük sammiti işıqlandıran jurnalistlər tədbirə gəlməzdən 48 saat əvvəl akkreditasiya məntəqəsində testdən keçməklə və ya mənfi test nəticəsi göstərməklə yoluxmadıqlarını sübut etməlidirlər. Xarici jurnalistlər İtaliyaya gəlməzdən iki gün əvvəl COVID-19 testindən keçməlidirlər. Bütün hallarda peyvəndlənmə və ya infeksiyadan mümkün sağalma nəzərə alınmır.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »