Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstan XİN-dən açıqlama
Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstan XİN-dən açıqlama

Gürcüstan Xarici İşlər Nazirliyi eks-prezident Mixail Saakaşvilinin ekstradisiyası məsələsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bundan əvvəl Ukrayna Ali Radasının deputatı Yuliya Klimenko gürcü jurnalistlərə bildirib ki, Saakaşvilinin Ukraynaya qaytarılması ilə bağlı diplomatik səviyyədə danışıqlar davam edir.

“Biz tam məsuliyyətlə bəyan edirik ki, məsələnin diplomatik yollarla Ukrayna tərəfi ilə müzakirə edilməsi barədə məlumat doğru deyil", - deyə XİN-in məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, Saakaşvilinin Ukraynaya ekstradisiyası ilə bağlı əvvəllər danışıqlar aparılmayıb və hazırda da bu məsələ müzakirə olunmur.

Son xəbərlər
Bütün xəbərlər »