Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatın maşınında çıxan sığın cəmdəyi Rusiyanı qarışdırdı - Video
Deputatın maşınında çıxan sığın cəmdəyi Rusiyanı qarışdırdı - Video

Dostlarına baş çəkməyə gəldiyini deyən deputat Valeri Raşkinin idarə etdiyi maşından öldürülmüş sığın aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, hadisə haqqında “gazeta.ru” məlumat verib.

Oktyabrın 29-na keçən gecə Rusiya Kommunist Partiyasından olan hazırkı Dövlət Dumasının deputatı Valeri Raşkin idarə etdiyi “Lada Larqus” avtomobili  Saratov vilayətinin Lisoqorski rayonunda saxlanılıb. 66 yaşlı kommunist deputatın vilayət təşkilatının qeydiyyatda olan avtomobildə polis kəsilmiş sığın cədəyi aşkarlayıb.

Avtomobildə deputatdan başqa özünü işsiz kimi təqdim edən 49 yaşlı Aleksandr Qnoşev də olub.

Polis və Ovçuluq - Balıqçılıq Komitəsinin əməkdaşı avtomobilin baqajına baxış keçirib, orada ölü sığın cəsədi aşkar ediblər. Deputat özü iddia edir ki, Qnoşevlə birlikdə heyvanı meşədə tapıb, bölüşmək qərarına gəliblər. Eyni zamanda kommunist öz hərəkətlərinin qanunsuzluğundan xəbərdar olduğunu təsdiqləyib.

Polis əməkdaşı Raşkinə sərxoşluğun yoxlanması üçün tibbi müayinədən keçməyi təklif edib. Amma deputat bu prosedurdan imtina etdi. Sosial şəbəkələrdə paylaşılan videoda kommunistin hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə avtomobilə doğru getdiyi görünür.

Bu gün Rusiyada gündəm olan hadisəyə əksər ictimai-siyasi xadimlər, rəsmi şəxslər, eləcə də Raşkinin həmkarları sərt münasibət bildiriblər. Rəyi soruşulan hər kəs onun hərəkətini kəskin tənqid edib, deputata qarşı sərt cəza tədbiri görülməsini tələb ediblər.

Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »