Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 30 oktyabr, 2021-ci il – Tələsməyin və duyğulara təslim olmayın
Ulduz falı: 30 oktyabr, 2021-ci il – Tələsməyin və duyğulara təslim olmayın

Bizimyol. info 30 oktyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Gün çoxlu gözlənilməz hadisələr, planlarınızı dəyişdirmək barədə düşünməyə vadar edəcək xəbərlər gətirə bilər. Tələsməmək və duyğulara təslim olmamaq vacibdir. Yaxşı düşünülmüş qərarlar adətən, düzgün olur, lakin cari durumun təsiri altında verilən qərarlar sonradan peşmançılıq gətirə bilər. Ciddi söhbətlər və mühüm görüşlər günortaya təyin olunmalıdır. Məhz bu zaman razılığa gəlmək, hər kəsin ürəyincə olan yollar tapmaq daha asan olacaq. Mübahisə həvəskarları da bu saatlarda sağlam düşüncənin səsinə qulaq asacaqlar.

Qoç - Fərqli məsələlər haqqında düşünmək, köhnə problemləri həll etmək üçün yeni yollar axtarmağa münasib gündür. Uzunmüddətli planlar da qura bilərsiniz. Yəqin ki, zamanında onlar həyata keçiriləcək. Çox şeylər daha sadə və aydın olacaq. Siz bütün məsələlərdə yaradıcısınız, ona görə də tez uğur qazanırsınız. Yaxınlarınızla münasibətlər normal şəkildə inkişaf edir. Mübahisələr üçün heç bir səbəb olmayacaq, sizin üçün əziz olanları sevindirmək üçün çoxlu imkanlar açılacaq. Axşam saatlarında ürəkaçan xəbərlər və müxtəlif mövzularda cazibədar təkliflər ala bilərsiniz.

Buğa - Səhər yeni bir işə başlamaq üçün əlverişlidir. Əvvəllər çox çətin görünən işlərlə effektli şəkildə bacaracaq, vacib suallara düzgün cavablar tapacaq, vacib istəklərin yerinə yetirilməsinə necə nail ola biləcəyini başa düşəcəksiniz. Tələsməyə dəyər, çünki sonradan görüləsi yeni işlər ortaya çıxacaq və diqqətinizi cəmləmək xeyli çətinləşəcək. Gün fikir ayrılığı və mübahisələr olmadan keçməsi ehtimalı yüksək deyil. Ancaq sərt məqamları hamarlamağa çalışırsınız, soyuqqanlılığınızı itirmirsiniz və başqalarını da sakitləşdirməyi bacarırsınız. Beləliklə, axşama qədər bütün çətinliklər keçmişdə qalacaq.

Əkizlər - Siz enerjili, əzmkarsınız və əvvəllər demək olar ki, qeyri-mümkün sayılan hədəflərə nail olmaq iqtidarındasınız. Boş yerə vaxt itirməmək, boş mübahisələrdən qaçmaq vacibdir. Tez qərar qəbul etmək və çətin suallara cavab tapmaq bacarığı bu gün dəfələrlə faydalı olacaq. Gün sizin üçün fikri vacib olan insanlarla ünsiyyət qurmağa münasibdir. Onları öz ideyalarınızla maraqlandıracaq, xoş təəssürat yaradacaqsınız. Ev işlərinə diqqət yetirmək faydalı olacaq. Onlar yorucu və darıxdırıcı olmayacaqlar, işinizin nəticəsindən razı qalacaqsınız.

Xərçəng - Üzərinizə götürdüyünüz hər şeyə ciddi yanaşırsınız və sözləri boşuna havaya sovurmursunuz. Bu yanaşma faydalıdır. Birincisi, siz hətta çətin işlərdə də yaxşısınız. İkincisi, başqaları həyata məsuliyyətli münasibətinizi bəyənir, çoxları sizin həm etibarlı müttəfiq, həm də yaxşı dost ola biləcəyinizi başa düşür. Günün birinci yarısı sakit və məhsuldar, ikincisi güclü emosiyalar, bəzi ruhlandırıcı hadisələr gətirəcək. Romantik səyahətlər də daxil olmaqla səfərlər üçün çox uyğundur. Uzağa getməyə ehtiyac olmayacaq; yaşayış yerinin yaxınlığında gəzintilər də əhvalınızı yaxşılığa doğru kökündən dəyişə bilər.

Şir - Gün asan deyil, amma yenə də olduqca əlverişlidir. Biznesdə bəzən çətinliklərlə qarşılaşacvaqsınız, lakin onlara əhəmiyyət verməyin və hədəflərinizə çatmağa köklənin. Dostlar tez-tez kömək edəcəklər. İdeyalarınız onlara perspektivli görünür və yəqin ki, kimsə sizin planlarınızın həyata keçirilməsində iştirak etmək üçün öz planlarını dəyişəcək. Maliyyə məsələləri uğurla həll oluna bilər, sərfəli sövdələşmələr bağlamaq imkanı yaranacaq. Pulla əlaqəli hər şeydə bu gün intuisiyanıza arxalana bilərsiniz: onun göstərişləri indi xüsusilə dəqiq və düzgün çıxacaq.

Qız - Düşünüləsi çox şeylər var. Bu gün sizin üçün çətin ola bilər. Mümkündür ki, başqasına etibar etmək istədiyiniz işi özünüz etməli olacaqsınız. Hər şey dərhal yaxşı getməsə də, sonunda nəticələrdən məmnun qalacaqsınız. Əvvəl öyrəndikləriniz bu gün xeyir gətirəcək. Yaxşı yaddaşınız var və buna görə öyünə bilərsiniz. Maraqlı söhbətlər, qeyri-adi görüşlər ola bilər. Onlar sizdə güclü təəssürat yaradacaq, sizi maraqlı ideyalara təhrik edəcək. Bəlkə də həyatınızda mühüm rol oynayacaq bir sevgi münasibəti məhz bu gün ortaya çıxacaq.

Tərəzi - Həyəcanlanmayın. Sakit qalmağın sizin üçün çətin ola biləcəyi nadir günlərdən biridir. Nələrsə plana uyğun getməyə bilər və bu üzdən gözlədiyiniz işləri təxirə salmalısınız. Bundan əlavə, əhvalınız həmişəkindən daha tez-tez dəyişəcək, bəzən özünüz bunun səbəbini başa düşmürsünüz. Mübahisə etmək, şübhə edənləri inandırmaq istərdiniz. Ancaq iddianızı sübut etdikdən sonra belə çox da sevinc hiss etmirsiniz. Əhvalınızı iki şey yüksəldə bilər: yaradıcılıq və yaxınlarınızla ünsiyyət. Köhnə bir hobbinizi xatırlaya bilərsiniz, bu, yenidən çox müsbət əhval gətirəcək.

Əqrəb - Bu gün təkcə özünüz üçün deyil, başqaları üçün də çox gərəkli işlər görəcəksiniz. Başqalarının problemlərinə biganə qalmayaraq çətinliklə üzləşənlərə dəstək olacaq, tez-tez belə insanlara gözəl məsləhətlər verəcəksiniz. Bu gün kömək etdiyiniz insanlar sonda sizin etibarlı müttəfiqləriniz və ya yaxın dostlarınız olacaqlar. Yeni ideyalar və planlar ortaya çıxacaq. Onları həyata keçirməyə başlamaq hələ tezdir: düşünmək, prioritetləri təyin etmək, ilk növbədə nəyə diqqət yetirəcəyinizə qərar vermək üçün çox düşünmək lazımdır. Fikirlərinizi bölüşməyə tələsməyin. Əvvəlcə öz intuisiyanıza qulaq asmalısınız və yalnız bundan sonra başqalarının fikirlərinə.

Oxatan - Əvvəllər başladığınız işləri başa çatdırmaq, iş həftəsi ərzində sizi narahat edən məsələləri həll etmək üçün yaxşı gündür. Əvvəlcə nəyin edilməli və nəyin təxirə salınmalı olduğu aydınlaşacaq. Siz əbədiyyətə can atmırsınız, özünüz üçün real hədəflər qoyursunuz, buna görə də uğur qazanırsınız. Köhnə tanışlarla bir araya gəlməkdən məmnun qalacaqsınız. Əvvəllər yalnız dostluq xarakteri daşıyan münasibətlərdə romantik çalarlar qabarmağa başlayacaq.

Oğlaq - Pulla bağlı hər məsələdə ciddi və diqqətli olmalısınız. Bu, böyük kortəbii alışlar və ya əvvəlcədən planlaşdırılmamış sövdələşmələr üçün yaxşı gün deyil. Bu sahədə ciddi olsanız, ümumilikdə müsbət emosiyaların təsiri üstünlük təşkil edəcək. Taleyin dəstəyini hiss edərək həvəslə çətin işlərin öhdəsindən gələ və onları çox yaxşı yerinə yetirə bilərsiniz. Bu gün başqaları ilə ünsiyyət qurmaq həmişəkindən daha asan olacaq. Siz tez-tez hətta tanımadığınız insanların fikirlərini təxmin edirsiniz, niyə məhz belə hərəkət etdiklərini başa düşürsünüz. Bunun sayəsində bir çox anlaşılmazlıqların qarşısı alınacaq.

Dolça - Böyük ideyalar, gözlənilməz fikirlərin günüdür. Siz vacib bir şeyi təxmin edə, düzgün qərarlar qəbul etməyə kömək edəcək məlumat əldə edə bilərsiniz. Xırda şeylərə diqqət yetirin, heç nəyi nəzərdən qaçırmayın. Bəzən bir iş həmişəkindən daha uzun çəkə bilər. Ancaq sonradan düzəldilməli olan səhvlərə yol verməyəcəksiniz. Qeyri-adi görüşlər mümkündür. Təcrübəsi və biliyi sizinkindən fərqli olan insanlarla çox şey danışa bilərsiniz. Sizə heç bənzəməyən biri ilə dostluq etmək asan olacaq.

Balıq - Tələsməyin. Gün balanslaşdırılmış qərarlar, düşünülmüş hərəkətlər tələb edir. Ağlınıza gələn ilk şeyi deməyə tələsməyin. Bir çox sualların cavabı düşündüyündən daha çətin ola bilər. İntuisiyanız hər şeyi anlamağa kömək edəcək, lakin bəzi kiçik səhvlər və qanqaraldıcı anlaşılmazlıqlar yenə də mümkündür. Başqalarının davranışına göz yummaq həmişə asan olmur. Bu gün onlar sizin işlərinizə həmişəkindən daha tez-tez müdaxilə edəcəklər. Bu, gərgin anlara səbəb ola bilər. Amma dava-dalaşa yol verməyəcəksiniz, hamı ilə yaxşı münasibət saxlayacaqsınız.

Paylaş »
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Azərbaycanda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi
››› Yuxuda günəş, ay və işıq görmüsünüzsə, qarşıda nələr gözlənilir - Yuxuyozma
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »