Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mətanət İsgəndərlinin gəlini uşaqlarından necə məhrum edildi...
Mətanət İsgəndərlinin gəlini uşaqlarından necə məhrum edildi...

Ötən gün əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) 3 azyaşlı uşağının məhkəmə qərarı ilə əri Kərim Həmidovun himayəsinə verilməsi, həqiqətən gözlənilməz bir hal oldu. Sosial şəbəkələrdə məsələ müzakirəyə çıxarıldı. Xanım müğənninin tərəfdarları da çox oldu, onu tənqid edənlər də. Verilən qərarı, "ədalətsiz" qərar adlandıranların sayı da kifayət qədər idi.

Azərbaycan qanunvericiliyinə görə, 10 yaşına qədər uşaqların himayəsi, "ana, narkomaniyadan əziyyət çəkdiyi və ya əxlaqsızlıqla məşğul olması sübuta yetirildiyi" halda anaya verilmir. A.Həmidovanın vəkilinin yerli KİV-ə verdiyi məlumata görə, qanunda qeyd olunan hər iki hal, Aynur Həmidovaya aid deyil və bu qərar Binəqədi rayon icra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin rəyinə əsasən verilib. Uşaqlar isə məhkəmədə "Atamız söz verib ki, burdan çıxandan sonra bizi balıq yeməyə aparacaq" - deyə ataları ilə qalmaq istədiklərini bildiriblər. Ailənin böyük oğlu isə, anasının işləyib əziyyət çəkməməsi üçün atasının yanında qalmaq istədiyini deyib. Bir qadına qarşı belə bir ədalətsiz qərarın verilməsi bütün qadınların hüquqlarının pozulması deməkdir. Azyaşlı uşaqları aldatmaq çox asandır.

"Sizi yeməyə aparacağam, anan yazıqdır, işləməsin, mənim pulum var, işləyib sizə baxacağam, ananız istədiyiniz zaman sizi görə bilər və s.".. bu kimi ifadələrlə 6-10 yaşında uşaqları aldatmaq, məhkəmənin qərarını yönləndirmək nə dərəcədə düzgündür, bunu biz deyə bilmərik. Deyə biləcəyimiz bir fakt var ki, hər zaman uşaqlar anaya verilir. Çünki ana, uşaqlarını düzgün tərbiyə etmək gücünə malikdir. Ana, nadir halda uşaqlaırndan imtina edib yenidən özünə həyat qura bilir. Ana, övladlarını başqa kişinin əzməsinə və incitməsinə nadir halda yol verə bilir. Ancaq kişilər, ikinci dəfə ailə həyatı qurduqdan sonra uşaqlarının həyatını cəhənnəmə çevrilə bilər. Çünki bəzi qadınlar, başqa qadından olan uşaqlara baxmaz və ya baxmaq istəməz. Buna dəfələrlə şahid olmuşuq.

Məhkəmənin qərarı ədalətsizdirmi?

Hüquqşünas Elçin Səmədovun sözlərinə görə, boşanma zamanı 3 yaşına qədər uşaqlar, ananın himayəsinə verilir. Uşaq 10 yaşını keçirsə, bu zaman məhkəmə uşağın fikrinə də diqqət edir. Bununla yanaşı, ana və atanın yaşam şərtləri, maddi vəziyyətləri, ev şəraiti və s. hər şey nəzərə alınır. Yəni, qərar verilərkən kişi və qadın deyil, uşaqlar düşünülərək qərar verilir.

"Hesab edirəm ki, uşaqlara anaları ilə görüşməyə icazə veriləcək. Çünki bir qərarla, ananı silib atmaq mümkün deyil. O uşaqların anasının kim olduğunu da silmək mümkün deyil",- deyən hüquqşünas qərarın ədalətli və ya ədalətsiz olması məsələsinə gəldikdə isə bildirib ki, vəziyyətlə yaxından tanış olmadığı üçün (hər iki tərəfin vəziyyəti) bu barədə konkret söz söyləmək istəmir.

Belə...Həqiqətən də bir qərarla ananı silmək mümkün deyil. Bəlkə də bu gün məhkəmədə "atamızla qalmaq istəyirik" deyən uşaqlar, illər sonra analarını seçəcəklər. Hər şeyi zaman göstərəcək. Ancaq hər bir halda, uşaqlara məhkəmə prosesləri zamanı müxtəlif fikirlər təlqin etmək yolverilməzdir. Uşaq, ata və ya ananın onunla davranışı əsasında qərar verməlidir. Bu da onun hüququdur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »