Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan dərisinin 3D çapı 50 dəfə ucuz başa gələcək
Koreya alimləri insan dərisinin unikal 3D çap metodunu hazırlayıblar. Bu, mövcud olan 3D çap üsullarından 50 dəfə ucuz başa gələcək.

xeberler.az  xəbər verir ki, dərinin yaradılmasında hibrid printerdən istifadə olunur. O, bioparçalanan polimerdən ibarət membrana malik xüsusi kollagen material yaradır. Yeni material insan dərisinə bənzəyir.

Professor Donq-Vu Ço bildirib ki, bu metod üçün 10 dəfə az xammaldan istifadə olunur. Yeni üsulun daha bir üstünlüyü də əldə olunmuş dərinin hüceyrə birləşmələrinin təzyiqi olmadan da yetişməsidir. Bu kimi toxumaların ənənəvi 3D çapı isə onların hüceyrələrin strukturunu köçürməsi üçün mütləq hüceyrələrin tətbiqi ilə müşayiət olunur.

Alimlər nümayiş üçün dəri nümunəsi hazırlayıblar. Material 14 gün ərzində stabillik və elastiklik əldə edib. Həmçinin onun üzərində müxtəlif epidermis qatları izlənilib.

Yeni metodun bərpaedici cərrahiyyənin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcəyi güman edilir. O, həkimlərin işini sadələşdirməklə yanaşı, pasiyentləri ağrılı əməliyyatlardan xilas etməyə imkan verəcək.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »