Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bütün həkimlərdən və analizlərdən imtina edirəm" - Saakaşvili
"Bütün həkimlərdən və analizlərdən imtina edirəm" - Saakaşvili

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yerli özünüidarə orqanlarına seçkilərdən bir gün əvvəl həkimlər şurası, tibbi yardım və aclıq aksiyasına şərait yaradan hər hansı dərmanları qəbul etməkdən imtina etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bunu 12 saylı Rustavi həbsxanasında Saakaşvili vəkili Giorgi Qelxauri vasitəsi ilə xalqa ünvanlanan müraciətində bildirib.

“Bildiyiniz kimi, bu vaxta qədər mən hökumətin təyin etdiyi həkim şurası ilə əməkdaşlıq etmişəm, o məqsədlə ki, seçki gününə qədər minimum iş və düşünmək qabiliyyətimi itirməyim.

Saakaşvilinin sözlərinə görə, o, Gürcüstanda həyatını yenidən riskə atıb, çünki o, “ölkənin nəhayət, totalitarizmə və gürcülərin dağıdılmasına doğru necə getdiyini” görüb.

“Biz bu seçkilərdə bunu dayandırmağa və hər şeyi geri qaytarmağa çalışmalıyıq. Sabah ikinci turdur və bu, Gürcüstan demokratiyası bizim gələcəyimiz və mənim həyatım üçün həlledicidir”, - yebə eks-prezidentin müraciətində qeyd edilib.

Saakaşvili öz taleyini xalqa həvalə edərək, onun həyatının “tamamilə hər kəsin sabahkı qərarından asılı olduğunu” bəyan edib.

Eks-prezident həmçinin “səsləri birlikdə müdafiə etmək” üçün sabah axşam yenidən seçki məntəqələrində toplaşmağı xahiş edir.

"İndi həm Gürcüstanın, həm də mənim taleyim sizin əlinizdədir. Mən qələbəyə və qələbə ilə birlikdə barışıq və birləşməyə, yaraların sağalmasına və müxtəlif baxışlı insanların birgə tərəqqisinə və uğuruna dərindən inanıram", - Saakaşvili yazıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »