Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donovanoz xəstəliyinin əlamətləri və qorunma yolları
Donovanoz xəstəliyinin əlamətləri və qorunma yolları

Böyük Britaniyanın "Birmingham Mail" qəzetinin məlumatına görə ölkədə yeni bir virus növü yayılmağa başlayıb. Donovanoz adı verilən və cinsi yolla keçən bu xəstəlik, əvvəllər nadir halda müşahidə edilsə də, son illər Birləşmiş Krallıqda sürətlə yayılmaqdadır.

"Qırmızı və ətli" xoralarla müşahidə edilən və genital toxumaya zərər verən xəstəlik, 2016-cı ildən sürətlə artmağa başladığı üçün mütəxəssislər vətəndaşlara xəbərdarlıq edib. Qəzetə müsahibə verən Dktor Şri Datta bildirib ki, bu xəstəlik daha əvvəllər Hindistan, Braziliya və Yeni Qvineyada da müşahidə edilib. Həkimin sözlərinə görə, "donovanoz" faktları, digər cinsi yolla keçən xəstəliklərlə müqayisədə insan sağlamlığı üçün daha təhlükəlidir. Belə ki, əsasən torpikal ərazilərdə müşahidə edilən xəstəlik, müalicə edilmədiyi təqdirdə HİV-ə səbəb ola bilər. Böyük Britaniya mediasının məlumatına görə, bu xəstəliyi "ət yeyən virus" da adlandırmaq olar. Virus əslində ət yemir, amma dərinin görüntüsünü pozaraq qırmızı və şişmiş hala gəlməsinə səbəb olur.

Mütəxəssislər, hər kəsə cinsi münasibət zamanı diqqətli olmağı və ani cinsi münasibətlərdə olmamağı tövsiyyə edib. Xatırladaq ki, donvanoz inkişaf etməkdə olan ölkələrdə daha çox müşahidə edilən bakteriyaların yol açdığı bir xəstəlikdir. Uzun müddət davam edən xəstəlik hesab edilən donovanoz, Afrika və Cənubi Amerikda da çox yayılsa da inkişaf etmiş ölkələrdə nadir halda müşahidə edilir. Məsələn, ABŞ-da 100 fakt qeydə alınıb.

Uroloq Rəşad Tarverdiyevin sözlərinə görə, bu xəstəlik, bel soyuqlaması ilə qarışdırılan cinsi çibanlarla müşahidə edilir. Ancaq bu çibanlar inkişaf edərək irinləyir, böyüyür və dərini məhv edir. Donovanoz, başqa infeksiyalara da səbəb olur. Cinsi orqanda bakteriya ilə təmasdan 8-45 gün sonra ağrısız kiçik yumrular yaranır. Bir müddət sonra yumrular partlayıb ağrılı yaraya çevrlir. İnfeksiya düşdüyü nahiyəni müalicə edilmədiyi təqdirdə yox edir. Yaralar, adətən penis ətrafında, vagina dodaqlarında və anusda müşahidə edilir. Nadir hallarda, vagina divarlarına da daxil olur.

Bakteriya, xəstədən sağlam şəxsə açıq yaralardan keçir. Xəstə ilə oral, vaginal və anal seks təhlükəlidir. Xəstəlik, uyğun antibiotiklərlə müalicə edilir.

"Ümumiyyətlə, cinsi əlaqəyə girəcəyiniz şəxsdən cinsi və mikroblarla bağlı test tələb etməyiniz yaxşı olar. Tanımadığınız insanlarla cinsi əlaqəyə girmək sağlamlığınızı təhlükəyə atmaq deməkdir. Çünki bəzən cinsi yolla yoluxduğunuz xəstəlik, sizin ölümünüzə də səbəb ola bilər" - deyə həkim bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
Son xəbərlər
Bütün xəbərlər »