Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zehni yorğunluqla necə mübarizə aparmalı?
Zehni yorğunluqla necə mübarizə aparmalı?

Zehninizdə olan mənfi duyğular bütün həyatınızı alt-üst edə bilər. Hamının həyatında çətin günlər olur. İş yerində stress, şəxsi həyatda öhdəsindən gələ bilmədiyiniz hadisələr, ürəyinizin qırılması, xəyallarının həyata keçməməsi insanı pis düşünməyə vadar edir. Bəzən olur ki, özünüzü o qədər pis hiss edirsiniz ki, yataqdan qalxmağa belə çətinlik çəkirsiniz, heç bir şey etmək istəmirsiniz. Ruh halınızı pozan, özünəinamınızı aşağı salan, zamanla özünüzü daha pis hiss etməyinizə səbəb olan zehni yorğunluqdan qurtulmağa çalışmalısınız.

Zehni yorğunluqla necə mübarizə aparmalı?

  1.  Şokolad yeyin.

    Şokolad, bir çoxları üçün rahatladıcı bir qidadır. Elmi araşdırmalara görə, şokolad, ruh halını yaxşılaşdıra bilir. Avstraliyanın Melburn şəhərində yerləşən İnsan Farmakologiyası Mərkəzi tərəfindən aparılan araşdırma da bunu sübut edib. Buna görə də özünüzü pis hiss etdiyiniz zaman şokolad yeməyiniz tövsiyyə edilir. Xüsusilə, bitter - şokoladların xoşbəxtlik hissini oyandırdığını unutmayın.

  2. Şükür edin.

    Bəlkə sizə qəribə gələ bilər. Beyninizdən mənfi duyğuları atmağın digər yolu şükr etmək etməkdir. Unutmayın ki, ən pis gündə belə şükr edə biləcəyiniz nəsə var.

    Sevdiyiniz ev heyvanı, bir tətildən xatirələr, səhər hazırlanmış gözəl bir səhər yeməyi və yaxud isti bir kofeyə şükr edə bilərsiniz.

    Özünüzü pis hiss etdiyiniz zaman minnəttar oldğunuz şeyləri yazın. Pozitiv psixologiya araşdırmaları sübut edir ki, şükr etmək güclü şəkildə xoşbəxtlik yaradır.

  3. Nə istədiyinizi yazın və ya şəklini çəkin.

    Bir dəqiqənizi ayırın və ideal ssenarinizi zehninizdə canlandırın. İstər şəxsi, istərsə də professional olsun hər şeyin necə olmasını istədiyimiz mövzusunda hamımızın müəyyən fikirləri var. Özünüzü pis hiss etdiyiniz zaman, istədiyiniz hər şeyə sahib olmağın nə qədər gözəl olacağını xəyal etmək üçün bir dəqiqənizi ayırın. Bu yaşadığınız mənfi duyğulardan zehni olaraq bir müddət fasilə verməklə yanaşı, sizi hədəflərinizə doğru çalışmağa yönləndirəcək.

  4. Xoş qoxusu olan bir şam yandırın.

    Bir çox rahatladıcı qoxular var. Özünüzü pis etdiyini zaman xoş qoxulu şam yandırın, qoxu otağa dolduğu zaman özünüzü daha yaxşı hiss edəcəksniz.

    Aparılan bir araşdırmaya görə, lavanda və portağal qoxusu, insanın əhval-ruhiyyəsini qaldırır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »