Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya əhalinin acından ölməməsinin yollarını axtarır
Şimali Koreya əhalinin acından ölməməsinin yollarını axtarır

Şimali Koreyada sosial vəziyyət heç vaxt qənaətbəxş olmayıb. Amma indiki durumu xeyli acınacaqlı adlandırmaq lazımdır. Quraqlıq və qlobal böhran qapalı ölkəni çox əldən salıb. Şimali Koreya rəhbərliyi əhalinin acından ölməməsinin yollarını axtarır.

Bizimyol.info xəbər verir ki, KXDR-də qara qu quşu ətinə ümid edirlər. Şimali Koreya rəhbərliyi quş ətinin əhalini aclıqdan xilas edəcəyinə inanır. Ölkənin şərqindəki “Kwangpho Duck” fermasının sənaye miqyası çox böyükdür.

Koreyalı məmurlar təbliğata başlayıb. Onlar deyir ki, qu quşu ətinin həm də müalicəvi xarakteri var. Şimali Koreya qəzetləri kənd təsərrüfatı nazirinin bu quş ətində başqa məhsullarda rast gəlinməyəcək qədər zülal olması fikrini həvəslə paylaşır.

Şimali Koreyada bu ideya hələ 2019-cu ilin yazında ictimailəşmişdi. Ölkə lideri Kim Çen Inın xalqı 2025-ci ilə qədər az yeməklə bağlı xəbərdar etməsi qu quşu ətini yenə yada salıb. Prezident bildirib ki, həmin dövrədək dözüm nümayiş etdirilsə, Çinlə sərhədlər açılacaq, vəziyyət yaxşılaşacaq.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »