Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil Naziliyinin unutduğu, uşaqların soyuqdan donduğu məktəblər
Təhsil Naziliyinin unutduğu, uşaqların soyuqdan donduğu məktəblər

Məktəblər, təhsil müəssisələri üçün dövlət tərəfindən yetəri qədər vəsait ayrılmasına baxmayaraq, şəhərdən kənar və əsasən kənd məktəblərinin bir çoxunda vəziyyət acınacaqlıdır. Bir çox kənd məktəbləri təhsil müəssisəsini yox, kobud desək, mal damını, toyuq hini taxırladır. Bu bərbad vəziyyətdə olan, məktəb deməyə adamın dili gəlməyən, uçuq-sökük tikililərdə isə gələcəyimiz, alimimimiz, müəllimiz, vətən keşikçilərimiz təhsil almağa çalışır.

Bu günlərdə bir məktəbin görüntüləri yayılıb. Deyilənə görə, bu, Cəlilabad rayonu Moranlı kənd orta məktəbidir. Videodanda görünür ki, sinif otağından əsər-əlamət olmayan otaqda şagirdlər dərs keçirlər. Otaqda olan uşaqlar isə əyinlərində kurtka, başlarında papaq, boyunlarında şərf parta arxasında oturublar və soyuqdan donmamaq üçün barmaqlarını ovuşdururlar. Müəllim isə işinin məcburiyyətindən bu soyuq otaqda əziyyətlə dərsr keçməyə, soyuqdan donan uşaqların fikrini dərsə cəlb etməyə çalışır. Amma görüntülərdən də görünür ki, uşaqlar üşüdükləri üçün parta arxasında məcburi otutub və dərs vaxtının bitməsi üçün ip çəkirlər.

21-ci əsrdə və neft ölkəsində təhsil müəssisələrinin bu cür diqqətdən kənar saxlanılması, gələcəyimizin taleyin ümidinə buraxılması həqiqətən də çox acınacaqlı haldır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »