Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Güc dilində danışmalıyıq" - Fransa və İngiltərə arasında "balıq davası" böyüyür
"Güc dilində danışmalıyıq" - Fransa və İngiltərə arasında "balıq davası" böyüyür

Fransa ilə İngiltərə arasında gərginlik artır.

Bizimyol.info xəbər verir ki, Fransanın Aİ məsələləri üzrə dövlət naziri Klement Beaune CNews Televiziyasına verdiyi açıqlamada Britaniya gəmilərinin, bir neçəsi istisna olmaqla, ölkənin bütün limanlarına girişinin mümkün olmayacağını bildirib.

İngiltərədən gələn və ya gedən İngiltərə yük maşınları və gəmilərinin sistematik şəkildə yoxlanılacağını deyən nazir, gəmilərlə bağlı qadağaların ötən gecədən başladığını söyləyib. Beaune bu məsələdə güzəştə getməyəcəklərini bildirib.

Qaydalara əməl etməyən bir "ortaq"la ehtimadsızlıq mühitində olduqlarını bildirən Beaune: "İndi güc dili ilə danışmaq məcburiyyətindəyik, çünki İngiltərə hökuməti təəssüf ki, yalnız bu dildən anlayır", -deyə qeyd edib.

İngiltərə dünən axşam saatlarında Fransa ilə davam edən balıqçı problemi səbəbilə Fransanın Londondakı səfiri Ketrin Kolonnanı Xarici İşlər Nazirliyinə çağırıb.

Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss isə "Twitter" hesabında, ölkəsinin Kanal Adaları ilə bağlı Fransanın Avropa üzrə dövlət katibi Vendi Mortonın məyusedici və qeyri-mütənasib təhdidləribi izah etmək üçün Fransa səfiri Kolonnanı nazirliyə çağırmaq tapşırığı verdiyini bildirib.

Britaniya hökumətinin sözçüsü: "Fransa hökumətinin bu məsələdə ardıcıl olaraq istifadə etdiyi və bu vəziyyətin həllini asanlaşdıra bilməyən qarşıdurma dilinə görə təəssüflənirik. Narahatlığımızı həm Fransaya, həm də Avropa İttifaqına komissiyasına məyusluqla ifadə edirik".

Fransa hökumətinin sözçüsü Qabriel Attal, davam edən balıqçı problemi səbəbindən İngiltərəyə qarşı 2 noyabr tarixindən etibarən cavab tədbirləri görəcəklərini açıqlayıb:

"2021-ci ildə balıq ovu kvotalarının müəyyən edilməsi ilə bağlı Aİ və Böyük Britaniya arasında aparılan danışıqlarda konsensus əldə edilib, lakin xüsusilə fransız balıqçılar təyin olunmuş ərazilərdə fəaliyyət göstərə bilməyiblər. Cersi adasının Britaniya administrasiyası öz ərazi sularında balıq tutmağa davam etmək istəyən fransız balıqçı gəmilərindən keçmiş fəaliyyətlərinə dair sübut təqdim etmələrini tələb etmişdi. Bu vəziyyət İngiltərə ilə Fransa arasında gərginliyə səbəb oldu".

Fransa Cersinin elektrik enerjisini kəsməklə hədələdikdən sonra fransız balıqçılar adanın limanında saxlanılmışdı. İngiltərə hökuməti ehtiyat tədbiri olaraq Cersi adasına iki donanma gəmisi göndərdi və bundan sonra Fransa da bölgəyə iki donanma gəmisi göndərməyə qərar verdi.

Fransız balıqçı gəmisi sərbəst buraxəldıqdan sonra donanma gəmiləri qarşılıqlı olaraq geri çağırıldı. Fransa Aİ-dən balıqçılıqla bağlı İngiltərəyə qarşı daha sərt davranmağı tələb edir.

Kanal adalarından biri olan Cersi, elektrik enerjisinin 95 faizini təxminən 14 mil uzaqlıqdakı Fransadan alır.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »